Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Hərbi cinayətlər Moskvanı müharibəyə cəlb etmək üçün törədilir - Paşinyanın “Rusiya planı”

Hərbi cinayətlər Moskvanı müharibəyə cəlb etmək üçün törədilir - Paşinyanın “Rusiya planı”
17-10-2020, 12:53 140 dəfə baxılıb

Hərbi cinayətlər Moskvanı müharibəyə cəlb etmək üçün törədilir - Paşinyanın “Rusiya planı”










Ermənistanın Baş naziri Fransanın “Liberation” qəzetinə müsahibə verib.

Dogruxeber.az Yenisabah.az-a istinadən xəbər verir ki, erməni Baş nazirin müsahibədə səsləndirdiyi fikirlər Gəncə və Mingəçevirin raket atəşinə tutulmasındə İrəvanın məqsədini anlamaq üçün kifayətdir.

Münaqişə zonasından aralıda yerləşən Gəncə və Mingəçevirə raket zərbəsi endirilməsi təkcə Azərbaycan cəmiyyətində panika və ruh düşkünlüyü yaratmağa hesablanmayıb.

Paşinyanın fikirlərindən anlaşılır ki, Ermənistan münaqişənin miqyasını böyütmək, Rusiyanın müharibəyə cəlb olunmasında israr edir. Baş nazir deyib ki, Ermənistan Azərbaycanın əks-hücum əməliyyatını dayandırmaq üçün Rusiyanın daha aktiv və konkret addımlar atmasını gözləyir. “Rusiya Ermənistanın strateji müttəfiqidir. Eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Rusiyanın əks-hücum əməliyyatının dayandırılması üçün daha aktiv və konkret addımlar atmasını gözləyirik”, - deyə Paşinyan bildirib.

Rusiya hələlik döyüşlərə birbaşa müdaxilə edə bilmir. Çünki döyüşlər Azərbaycan ərazilərində gedir. Rusiya da daxil olmaqla dünyanın aparıcı ölkələri Qarabağı Azərbaycanın ərazisi hesab edir.

Ermənistan hərbi cinayətləri ilə Bakının təmkinini pozub İrəvana zərbə endirməsinə çalışır. Yalnız bu halda Ermənistanın strateji müttəfiq olan Rusiyanın münaqişəyə cəlb olunması reallaşa bilər.

Paşinyanın müsahibələrində Türkiyənin adını hallandırması da bu məqsədi daşıyır. Erməni Baş nazir guya Qarabağda Türkiyə ilə müharibə apardıqları barədə rəy yaratmaqla Rusiyanı qıcıqlandırmaq və Kremlin hərbi əməliyyatlara təhrik etməyə çalışır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram