Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İlham Əliyev: “Biz erməni faşizminin belini qırırıq”

İlham Əliyev: “Biz erməni faşizminin belini qırırıq”
2-11-2020, 16:02 106 dəfə baxılıb

İlham Əliyev: “Biz erməni faşizminin belini qırırıq”














“Baxmayaraq ki, bizim ordumuz çox uğurlu əməliyyatlar həyata keçirirdi, beynəlxalq vasitəçilərin təklifləri nəzərə alınaraq üç dəfə atəşkəslə bağlı Ermənistanla razılığa gəlindi. Lakin hər dəfə onlar atəşkəsi kobud şəkildə pozdu”.

DogruXeber.az bildirir ki,bu sözləri Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

Prezident bildirib ki, Ermənistan öz faşist əməllərindən əl çəkmir:

“İlk olaraq Gəncə şəhəri ballistik raketlərlə atəşə tutdular. İkinci dəfə atəşkəsdən cəmi 4-5 dəqiqə sonra atəşkəsi pozdu. Üçüncü dəfə isə Bərdəyə “Smerç” raketi atıblar. Nəticədə 21 nəfər mülki şəxs həlak olub, 70 insan isə yaralanıb. Gəncəyə isə iki ballistik raketlə edilən hücum nəticəsində mülki şəxslər həlak olub. Bu erməni faşizminin eybəcər sifətidir. Biz, nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz erməni faşizminin belini qırırıq”.

İ.Əliyev qeyd edib ki, əgər Ermənistan bu gün atəşi dayandırıb danışıqlar masası arxasında konstruktiv mövqe göstərsə, biz dayanmağa hazırıq:

“Biz hesab edirik ki, Qarabağ münaqişəsinin həlli hərbi-siyasi müstəviyə keçməlidir. Biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları ciddi düşünüb bu qərara gəlməyə vadar edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram