Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İlham Əliyev Putinə zəng etdi

19-03-2018, 15:00

İlham Əliyev Putinə zəng etdi














Azərbaycan prezidenti İlham Əliyev martın 19-da Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib.

DogruXeber.az prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı Rusiya prezidentini seçkilərdə inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.



Prezident İlham Əliyev qeyd edib ki, Rusiya Federasiyası Vladimir Putinin rəhbərliyi ilə müxtəlif sahələrdə böyük nailiyyətlər əldə edib, eyni zamanda, Rusiya-Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev bir daha Vladimir Putinə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Vladimir Putin öz növbəsində qeyd edib ki, qarşılıqlı inam əsasında qurulmuş və bir çox sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətləri bu gün uğurla inkişaf edir. Rusiya prezidenti əlaqələrimizin gələcəkdə də genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

Dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram