Prezident: “Azərbaycan heç bir iqtisadi çətinliyi olmayan ölkədir”
















“Bizim fəaliyyətimizin başlıca istiqamətlərindən biri iqtisadi müstəqilliyin tam təmin edilməsi olub, bu, siyasi müstəqilliyin əsasıdır”. DogruXeber.az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, onda müstəqil siyasət həyata keçirməkdə böyük çətinliklərlə üzləşə bilər və çox vaxt üzləşir: “Buna görə də bu, bizim fəaliyyətimizin başlıca istiqaməti olub və bu gün Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir. Bir neçə rəqəm göstərə bilərəm: son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, zənnimcə, bu, dünya rekordudur. Çox böyük investisiya layihələrinə baxmayaraq, bizdə xarici borcun sabitləşdirilməsi üzrə də iş aparılıb. Bu gün xarici borc ümumi daxili məhsulun təxminən 20 faizinə bərabərdir. Mən qarşıdakı illərdə bu borcun xeyli azaldılması barədə göstərişlər vermişəm. Azərbaycanın valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun həcminə bərabərdir. Başqa sözlə desək, biz istəsək bir neçə gün və ya bir neçə ay ərzində bütün borcları ödəyə bilərik. Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər sabitdir və bizim həyata keçirdiyimiz investisiya layihələri, əlbəttə ki, əlavə mənfəət gətirəcək. Onu da qeyd etməliyəm ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub. Bu həm Azərbaycan dövlətinin, həm də Azərbaycanın özəl sektorunun fəal investisiya siyasətinə dəlalət edir. Buna görə də bütün bunlar bu gün tamamilə təmin olunmuş iqtisadi müstəqilliyin əsasını təşkil edir».

Dövlət başçısı son illərin sanballı uğurları arasında enerji sektorundakı nailiyyətləri qeyd edib: “Biz elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilmişik. Yaxın keçmişdə qazı da idxal edirdik, indi qazın ixracatçısına çevrilmişik. Bizim həyata keçirdiyimiz iri neft-qaz layihələri böyük maliyyə resurslarını akkumulyasiya etməyə imkan verir. Biz həm ölkə daxilində, həm də regional miqyasda nəqliyyat infrastrukturuna çox fəal şəkildə sərmayə qoymuşuq, bununla da gələcəkdə davamlı inkişaf üçün təməl yaratmışıq”.


“Görülməli işlərə gəldikdə isə, əlbəttə ki, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin davam etdirilməsini, neft-qaz amilindən müəyyən dərəcədə asılılığın azaldılmasını və qeyri-neft sektorunda ixracın artırılmasını qeyd etmək istərdim. Məhz bu istiqamətlərdə fəal iş aparırıq. Son 2-3 ilin nəticələri çox sanballıdır. Biz qeyri-neft sektorunda ixracı 20-30 faiz artırmışıq və gələcəkdə əlbəttə ki, bu məsələ ən prioritet mövzulardan biri olacaq. Qeyd etməliyəm ki, bəzi ölkələrdən fərqli olaraq biz daim yeni iş yerləri yaradılması üzərində çalışırıq. Son 15 ildə 1 milyon 400 min iş yeri yaradılıb. Lakin bu illər ərzində Azərbaycan əhalisinin sayı 1 milyon 500 min nəfər artıb. Zənnimcə, bu da iqtisadi artımın indikatorudur. Buna görə iqtisadiyyatımız bizim demoqrafiyanı daim qabaqlamalıdır. Mən hökumətin qarşısında bu vəzifəni qoymuşam və biz bu istiqamətdə işləyirik.


Buna görə yeni istehsalatların, əhalinin daha artıq sayı üçün nəzərdə tutulan sosial infrastrukturun yaradılması qarşıdakı illərdə əsas prioritet olacaq”, - deyə prezident qeyd edib.


Oxunub: 454

Son xəbərlər

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Çörəyin qiyməti bahalaşa bilərmi? - AÇIQLAMA

Azərbaycanda benzin və dizel istehsalı AZALIB

Respublika Dəri-Zöhrəvi Mərkəzi XƏSTƏLİK YAYIR - İLGİNC FAKTLAR

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Azərbaycanda qaz tarifləri dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

Şənbə gününə olan hava proqnozu

Azərbaycanda dollar bahalaşa bilərmi? - AÇIQLAMA

Cinayət törədən qadınların sayı artıb

Azərbaycan-İran sərhədində atışma: Yaralanan var

Məktəbli Formalarının Satışa Çıxarılacağı Vaxt Açıqlanıb

Qafqazda ruslara ən çox bu millət NİFRƏT EDİR...

Prezident və xanımı Qobustana getdi

"Türkiyə bilməlidir ki, odla oynayır" - İranlı diplomat

İnternet niyə bahalaşdı? - Nazir müşavirindən AÇIQLAMA

Kür çayının sahilində narkotik yetişdirən Neftçala rayon sakini saxlanılıb

BMT-dən ciddi xəbərdarlıq

Bütün xəbərlər