Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Maya" ləqəbli falçı istintaq vaxtı uşaq dünyaya gətirdi, zərəri də ödəyir

25-11-2021, 13:51

"Maya" ləqəbli falçı istintaq vaxtı uşaq dünyaya gətirdi, zərəri də ödəyir

DogruXeber.az: - "Maya” ləqəbli falçı Şəfəq İsmiyeva Rəna Ağarzayevadan övladının bəxtini açdırmaq üçün pul alıb.

İndi isə məlum olur ki, dələduzluq yolu ilə aldığı bir milyon manat pulun bir hissəsini qaytarıb. Hazırda qalan məbləğin qaytarılması üçün danışıq aparılır.

Musavat.com xəbər verir ki, dələduzluqda təqsirləndirilən Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılır.

Dindirilən Ceyhun Zeynallı özünü günahkar bilmir. Şəfəq İsmiyeva Ceyhun Zeynallıdan hamilə olduğu üçün istintaq dövründə həbs edilməyib. Artıq həmin uşağı dünyaya gətirib. Buna görə də azadlıqdadır.

Şəfəq İsmiyeva aldığı bir milyon pulu Ceyhun Zeynallıya verdiyini iddia edir. Ceyhun isə bunu təkzib edir və Şəfəq İsmiyevanın dünyaya gətirdiyi körpəsinin də atası olmadığını söyləyir.

Artıq zərərçəkmiş tərəfə, yəni Rəna Ağarzayevaya pulun bir hissəsi qaytarılıb.

Xatırladaq ki, Rəna Ağarzayevanın Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı olduğu deyilir.

Sonuncu prosesdə isə məlum olub ki, təqsirləndirilən şəxslərdən birinin vəkili məhkəməyə gəlməyib. Vəkil ayağının şişdiyini, hərəkət edə bilmədiyini əsas gətirərək, məhkəməyə gəlməyib. Bu səbəbdən proses baş tutmayıb.

Prokuror prosesin bu şəkildə uzadılmasına etiraz edib. Hakim bildirib ki, bu məsələ növbəti prosesdə müzakirə olunacaq.

Hakim həmçinin əlavə edib ki, təqsirləndirilən tərəfin məhkəməyə dediyi sözlər ziddiyyətlidir.

Son olaraq isə hakim təqsirləndirilən Şəfəq İsmiyevadan zərərin qalan hissəsinin ödənməsi məsələsinin nə yerdə olduğunu soruşub. Ş.İsmiyeva zərəri ödəmək üçün qarşı tərəflə danışıq apardıqlarını, növbəti prosesdə qədər dəqiqləşdirəcəklərini söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram