Deputat: Müharibələr iqtidarlardan siyasi təqvimi dəyişməyi tələb edir













Türkiyə sanki 80 milyonluq bir Azərbaycandır. Vahid idarəçilik sisteminə keçid edilir. İlham Əliyevin liderliyi Türkiyə üçün yaxşı bir örnək nümunəsidir. Siyasətdə başlanan yeni bir dönəmin şərtlərini həssaslıqla qəbul etmək bacarığı heç nə ilə ölçülməz.

Millət vəkili, son prezident seçkilərinin ikincisi olan Zahid Oruc deyib.

“Yəni, xaricdən yönləndirilən bir ölkə halından çıxmaq üçün Azərbaycan lideri fövqəladə qərarlar aldısa, deməli, Türkiyə hakim elitası da onlara seyirçi qala bilməzdi.

Gerçəkdən “bir millət, bir seçim” halına gəldik”, - deyən millət vəkilinin sözlərinə görə, regionda yaşanan müharibələr iqtidarları hərəkətə keçirir və siyasi təqvimi dəyişməyi tələb edir.

O qeyd edib ki, ən qürurlusu, yəni, müxalifətin tanıdığı oyun qaydalarını ayrıca vurğulamaq gərəkdir:

“CHP qrup başqan vəkili Engin Altayın erkən seçkilərlə bağlı qərara “Habertürk” kanalından verdiyi açıqlamalar bizim antihakimiyyət manifestasiyasını düzənləyənlər üçün əsl nümunə ola bilər.

O deyir ki,seçkilərə hazır olmayan qüvvə partiya sayılmaz. Ona görə bir vaxtlar Türkiyənin gəlib bizə iqtidar seçəcəyinə ümid bəsləyənlər, İstanbul hava limanında hansısa arabaya Müsavat liderinin adının yazıldığı ilə öyünənlər indi Bakıdan Ankaraya gedən siyasi dalğaları görməzdən gələ bilməzlər.

Sanki 100 il öncəki kimi ay-ulduzlu bayrağımız Türkiyə Cümhuriyyətinin və böyük Mustafa Kamalın zəfər yürüşünün baş simvoluna çevrilir.

Xeyirlisi, əziz türk qardaş və bacılar.

Azərbaycan hər addımda sizlərə sabit dövlət quruluşu və güclü bir hakimiyyət arzulayır.

Türkiyədə yaşanan hər siyasi qovğanın dalğası bizi də yarıb keçir.

Ona görə sizin qələbəniz bizim də uğurumuzdur”.


Oxunub: 462

Son xəbərlər

Azərbaycanın xarici borcu azalıb

Müdafiə və milli təhlükəsizlik sahəsinə nə qədər vəsait xərclənib?

ABŞ Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edir - deputat

Masallıda niyə səfərbər OLA BİLMİRİK? - İTTİHAM VAR!

İlkay "Barselona" və "Real"ın HƏDƏFİNDƏ

Fars-molla rejiminin QUDURĞANLIĞI

Yaşar Həsənov həbsdən NECƏ QURTULDU? - İLGİNC İDDİALAR...

"Sağlam Ailə" Tibb Mərkəzində NAXOŞ MƏNZƏRƏ... - GİLEY

2022-ci ildə yüksək vəzifələrə gətirilmiş GƏNC KADRLAR - SİYAHI

Səlim Müslümov müalicə müəssisəsinə KÖÇÜRÜLDÜ

28 Mayda əfv gözləntisi - siyahıda kimlər var?

Cahangir Əsgərova DAHA BİR ZƏRBƏ - Nazirlik AZAL-ın tenderlərini ləğv etdi

Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi - AMEA-da yüksək post tuturdu

“Sülh müqaviləsi imzalanacaq, İrəvanda Azərbaycan və Türkiyə səfirlikləri açılacaq” - Proses buna doğru gedir...

İrəvandan Antalyaya uçuşlar həyata keçiriləcək

Gömrük borcunun ödənilməsi bağlı qaydalarda dəyişiklik edildi

Baş nazir qərar İMZALADI

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur

Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA

"Müharibə başlayandan 2 ay yarım müddətində görüşməmişik" - Zelenskinin xanımı

Sabaha olan hava proqnozu AÇIQLANDI

Şabranda Qarabağ Qazisinin haqqına girən KİMDİR? - NARAZILIQ VAR!

Şabranda narkotik bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var

Fuad Muradov bu işi BACARA BİLMƏDİ... - İTTİHAM VAR!

Milli parklarda "açıq qapı" günü keçiriləcək

Bu rayonlara qar yağıb - VİDEO

Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır - ŞOK GÖRÜNTÜLƏR

Bütün xəbərlər