Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Hacıbala Abutalıbov mer vəzifəsindən azad edildi – SƏRƏNCAM

Hacıbala Abutalıbov mer vəzifəsindən azad edildi – SƏRƏNCAM
21-04-2018, 22:19 406 dəfə baxılıb

Hacıbala Abutalıbov mer vəzifəsindən azad edildi – SƏRƏNCAM











Prezident İlham Əliyev Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Hacıbala İbrahim oğlu Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, H. Abutalıbov bu gün baş nazirin müavini təyin edilib.

Bundan əlavə, Prezident İlham Əliyev İnam Kərimovun Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən, Samir Rafiq oğlu Nuriyevin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, İnam Kərimov bu gün kənd təsərrüfatı naziri, Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram