Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Ən pisi İbrahimbəyov vaxtilə prezidentliyə namizəd olub”

24-05-2018, 03:53

“Ən pisi İbrahimbəyov vaxtilə prezidentliyə namizəd olub”













Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmində azərbaycanlılar balacadan böyüyə qədər təhqir olunmuş formada, ermənilər isə əksinə təqdim olunub. Nə vaxtsa Azərbaycanda yaşayan bir şəxsin bu cür təfəkkürü başa düşülən deyil.

"DogruXeber.az" xəbər verir ki, bu fikirləri AzərTac-a açıqlamasında “Səs” Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib. Nankor kinorejissorun dəfələrlə ermənipərəst mövqe sərgilədiyini deyən ekspert söyləyib ki, sözügedən filmin maliyyə mənbəyini araşdırdıqda onun mənfur düşmənlərimizlə əlaqələri olması istisna edilmir.

B.Quliyev deyib ki, ən pisi Rüstəm İbrahimbəyovun bir zamanlar Azərbaycan ictimaiyyətinə prezidentliyə namizəd kimi təqdim edilməsidir. Onun xaricdəki ermənipərəst qüvvələr tərəfindən dəstəklənməsi azmış kimi, daxildəki Əli Kərimli, Cəmil Həsənli kimilər düşmən xislətli birisini xalqa “milləti düşünən əsl ziyalı” kimi təqdim etməyə çalışır, onu dəstəkləyirdilər. Görəsən, bundan sonra onlar vaxtilə atdıqları addımlarına nə ad qoyacaqlar?”.

Bəhruz Quliyev əlavə edib ki, baş verənlərin Əli Kərimli, Cəmil Həsənli və digərlərinin antimilli, ermənipərəst olduğunu açıq şəkildə göstərir. Bu xəyanətkar əməl Azərbaycan cəmiyyətində də hiddətlə qarşılanıb.

Qeyd edək ki, “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Filmin ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya və Fuad İbrahimbəyovdur. Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur.

Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi “vəhşi azərbaycanlılar”ın “dinc ermənilər”ə qarşı qəddarlığını göstərməkdir.

Filmdə erməninin “cəzalandırılması” aksiyasının sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı və əslində, bu qəddarlığın xalqımızın mentalitetində oturuşduğunu beynəlxalq auditoriyaya təqdim etmək niyyəti özünü aydın büruzə verir. Hətta öldürülən oğlunun xəbərini almaq niyyəti ilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram