Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İlham Əliyev sərəncam imzaladı: iki nazir müavini təyin edildi

İlham Əliyev sərəncam imzaladı: iki nazir müavini təyin edildi
2-06-2018, 18:25 386 dəfə baxılıb

İlham Əliyev sərəncam imzaladı: iki nazir müavini təyin edildi













İqtisadiyyat naziri Şahin Mustafayevə iki müavin təyin edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ilə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov nazir müavini təyin edilib.
Qeyd edək ki, Şirzad Abdullayev 1970-ci ildə anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə, Bakı Dövlət Universitetini hüquqşunas ixtisası üzrə bitirib. Almaniya Federativ Respublikasında Berlin İqtisadiyyat Məktəbi və Almaniya Tətbiqi Elmlər İnstitutunda əlavə təhsil alıb. Ş.Abdullayev uzun müddət bank sistemində işləyib, 2003-2008- ci illərdə Mərkəzi Bankın Bank nəzarətinin hüquqi təminatı şöbəsinin rəisi, 2008-ci ildən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru olub.
İqtisadi elmləri doktoru, monoqrafiyaların, dərs vəsaitlərinin müəllifi, Azərbaycan Dövlət İqtisad Universitetinin professorudur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Dövlət qulluğunda fərqlənməyə görə” və”Tərəqqi” medalları ilə təltif edilib.
R. Məmmədov isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, Almaniyanın Drezden Texniki Universitetində Avropa inteqrasiyası hüququ ixtisası üzrə magistr təhsili alıb. O, 2007-2010-cu illərdə Avropa İttifaqının Azərbaycan Respublikasına Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosunda icraçı direktor, 2010-cu ildən İqtisadiyyat Nazirliyində şöbə müdirinin müavini, 2011-ci ildən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) müxtəlif vəzifələrdə çalışıb, son təyinatdan əvvəl isə AZPROMO-nun rəhbəri olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram