http://www.azerbaijan-news.az/images/contents/489d2fbd66b01ed67838e123786f4408.jpgDövlət başçısının Belçikaya növbəti səfəri də göstərdi ki, Azərbaycanla NATO arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir

Avropanın enerji təhlükəsizliyi, Qafqazda isə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkə kimi qəbul edilən Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının - BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər mötəbər qurumların üzvü kimi onların tədbirlərində yaxından iştirak edir. Diqqətçəkən məsələlərdən biri odur ki, həmin təşkilatlar tərəfindən ölkəmizdə onlarla iqtisadi və sosialyönümlü proqram və layihələr həyata keçirilir. Ötən illərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri genişlənib və möhkəmlənib.
Azərbaycanın xarici siyasətində beynəlxalq təhlükəsizlik strukturları ilə əməkdaşlığa mühüm önəm verilməsi heç də təsadüfi deyil. Bu mənada NATO ilə əlaqələr xüsusilə qeyd olunmalıdır. Azərbaycan-NATO əlaqələri ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biridir. Bu əməkdaşlıq Azərbaycanın 1994-cü ildə “Sülh naminə tərəfdaşlıq” Proqramına qoşulması ilə başlayıb. Bununla, Azərbaycan NATO-nun hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrların hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları qazanıb. Bu əməkdaşlıq həm də strateji məzmun kəsb etməklə, regionda Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən mühüm enerji layihələrinin təhlükəsizliyinin beynəlxalq səviyyədə həyata keçirilməsinə təminat yaradıb.
Antiterror koalisiyasının üzvü olan Azərbaycanın hərbi bölmələri NATO qüvvələri tərkibində keçirilən sülhyaratma missiyasında yaxından iştirak edir. Bu isə o deməkdir ki, Azərbaycan regional müstəvi ilə yanaşı, qlobal miqyasda da təhlükəsizliyə töhfə verir.
Belçika Krallığına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə alyansın mənzil-qərargahında oldu. NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakı zamanı tərəflər arasındakı mövcuq əlaqələrin yüksək səviyyədə olduğunu bir daha diqqətə çatdıran, Azərbaycan ilə NATO arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın davam etdirildiyini bildirən dövlət başçısı bu hərbi alyansın, öz növbəsində, ərazilərin minalardan təmizlənməsi işində fəal iştirakını yüksək dəyərləndirdi. Qeyd olundu ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı fəaliyyətini genişləndirir və bu ölkə ilə ikitərəfli səviyyədə iqtisadi və digər sahələrdə əməkdaşlığı həyata keçirir.
Prezident İlham Əliyev Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən birinə çevrildiyini, ölkəmizdə tolerantlığın təmin olunduğunu və bununla bağlı bir sıra mühüm tədbirlərin keçirildiyini bildirdi. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyini, Davos Dünya İqtisadi Forumunun ölkəmizin iqtisadiyyatını rəqabətqabiliyyətliyinə görə dünya dövlətləri arasında 37-ci yerdən 35-ci yerə layiq gördüyünü qeyd edən dövlət başçısı təhsil, infrastruktur, nəqliyyat və digər sahələrdə əldə olunan uğurlardan söz açdı.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu qeyd edən Prezident İlham Əliyev “Cənub qaz dəhlizi” layihəsindən danışdı, TANAP və TAP layihələrinin uğurla icra edildiyini bildirdi. Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini qeyd edən dövlət başçısı bunun Asiya ilə Avropa arasında ən qısa yol olduğunu dedi və Azərbaycanın Şimalla Cənub və Şərqlə Qərb arasında mühüm tranzit qovşağına çevrildiyini xüsusi vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyevin və NATO-nun baş katibi Yens Stoltenberqin mətbuata bəyanatla çıxışlarında bir daha günün vacib problemlərinə toxunuldu. NATO-nun baş katibi bəyanatında tərəflər arasındakı mövcud əməkdaşlığın yüksək səviyyədə davam etməsindən məmnunluğunu ifadə edərək, Azərbaycan Prezidenti İlham Əliyevə üz tutaraq bildirdi ki, Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına qoşunlar, tranzit imkanları və Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə maliyyə dəstəyi formasında verdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarıq: “Həmçinin Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına qoşunların artırılması ilə bağlı qərarınıza görə Sizə təşəkkürümü bildirirəm. NATO ilə Azərbaycan arasındakı tərəfdaşlığın başlanğıcı uzun illər bundan öncəyə təsadüf edir. Bu tərəfdaşlığın təməli demokratik dəyərlərə və prinsiplərə sadiqlik əsasında qoyulub. Bu gün bizim praktiki əməkdaşlığımız bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər bir çox sahələri əhatə edir. Keçmiş sovet ordusundan qalmış partlamamış mina və hərbi sursatların təmizlənməsi etimad fondu çərçivəsində aparılır. Mən həmçinin Sizə BMT Təhlükəsizlik Şurasının qadınlar, sülh və təhlükəsizlik üzrə 1325 saylı qətnaməsini bizim əməkdaşlıq gündəliyimizə daxil etdiyiniz üçün təşəkkürümü bildirirəm. Bütün bunlar Avratlantik məkanın daha da təhlükəsiz olmasına töhfə verir. Biz seçdiyiniz bütün sahələrdə Sizinlə işimizi davam etdirməyə və əməkdaşlığımızı daha da inkişaf etdirməyə sadiqik”.
Azərbaycan Prezidenti İlham Əliyev də, öz növbəsində, dövlətimizin NATO ilə əməkdaşlığının yüksək səviyyədə olmasından məmnun qaldığını bildirdi və əlavə etdi ki, Azərbaycan NATO-nun bir çox əməliyyatlarında - K-4-də, ISAF-da iştirak edib: “İndi isə Azərbaycan Qətiyyətli Dəstək Missiyasına öz töhfəsini verir. Əfqanıstanda təhlükəsizliyi və sülhü təmin etmək üçün 94 hərbi qulluqçumuz NATO hərbçiləri ilə çiyin-çiyinə xidmət edir. Azərbaycan həmçinin koalisiya qüvvələri üçün multimodal tranzit və ərazimiz üzərindən uçuş imkanlarını təmin edir. Azərbaycan Əfqanıstan ordusunun Milli Etimad Fonduna töhfə verib və cənab baş katibin qeyd etdiyi kimi, Əfqanıstanda sülh, təhlükəsizlik və sabitliyə daha artıq töhfə vermək üçün hərbi qulluqçularımızın sayını artıracağıq”.
2004-cü ildən bəri Azərbaycanın NATO-nun Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulduğunu nəzərə çatdıran dövlət başçısı onu da vurğuladı ki, region üçün ən böyük təhlükə Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişədir: “Uzun illərdir ki, ərazilərimiz erməni işğalı altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb və əfsuslar olsun ki, vəziyyət dəyişməz olaraq qalır. ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişməli olduğu ilə bağlı bəyanatlarına rəğmən Ermənistan status-kvonu mümkün qədər çox saxlamaq istəyir. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistan iyirmi ildən artıqdır ki, bu qətnamələri icra etmir. Münaqişə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır”.
Əlbəttə, söhbət regional və beynəlxalq nəqliyyat təhlükəsizliyi ilə bağlı məsələlərdən getdiyi üçün Prezident İlham Əliyev NATO-nun baş katibinə məlumat verərkən onu da bildirdi ki, Azərbaycan öz qonşuları ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun inşasını uğurla tamamlayıb. Bu, Asiya və Avropa arasında ən qısa yoldur və Əfqanıstana təchizat bu marşrut vasitəsilə daha asan və səmərəli olacaq: “Bizim NATO ilə əməkdaşlığımızın böyük potensialı var və əməkdaşlığın tarixi bunu nümayiş etdirir. Bu gün mənim NATO-nun mənzil-qərargahına səfərim artıq altıncı səfərdir. Beləliklə, bu, əməkdaşlığımızın çox güclü olduğunu nümayiş etdirir. Biz regionumuzda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün tərəfdaşlığımızı davam etdiririk”.
Azərbaycanın çoxşaxəli xarici siyasəti dünyada gedən proseslərə təsir imkanları olan beynəlxalq təşkilatlarla əməkdaşlığı, qarşılıqlı münasibətlərin qurulmasını və inkişafını zəruri sayır. Dövlətimiz üzvü olduğu və ya tərəfdaşlıq etdiyi hər bir təşkilatın vacib prinsiplərinə daim sadiq qalıb, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. NATO ilə münasibətlərdə də Azərbaycan “Sülh naminə tərəfdaşlıq” Proqramına qoşulduqdan sonrakı illər ərzində daim əməkdaşlığı genişləndirmək xətti yürüdüb, bu təşkilatın ümumi işinə mühüm töhfələr verib.
Dövlət başçısının Belçikaya növbəti səfəri də göstərdi ki, Azərbaycanla NATO arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Eyni zamanda bir daha təsdiq olundu ki, NATO Azərbaycana bölgədə mühüm rol oynayan tərəfdaş ölkə kimi yanaşır.
Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”


Oxunub: 513

Son xəbərlər

Azərbaycanın xarici borcu azalıb

Müdafiə və milli təhlükəsizlik sahəsinə nə qədər vəsait xərclənib?

ABŞ Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edir - deputat

Masallıda niyə səfərbər OLA BİLMİRİK? - İTTİHAM VAR!

İlkay "Barselona" və "Real"ın HƏDƏFİNDƏ

Fars-molla rejiminin QUDURĞANLIĞI

Yaşar Həsənov həbsdən NECƏ QURTULDU? - İLGİNC İDDİALAR...

"Sağlam Ailə" Tibb Mərkəzində NAXOŞ MƏNZƏRƏ... - GİLEY

2022-ci ildə yüksək vəzifələrə gətirilmiş GƏNC KADRLAR - SİYAHI

Səlim Müslümov müalicə müəssisəsinə KÖÇÜRÜLDÜ

28 Mayda əfv gözləntisi - siyahıda kimlər var?

Cahangir Əsgərova DAHA BİR ZƏRBƏ - Nazirlik AZAL-ın tenderlərini ləğv etdi

Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi - AMEA-da yüksək post tuturdu

“Sülh müqaviləsi imzalanacaq, İrəvanda Azərbaycan və Türkiyə səfirlikləri açılacaq” - Proses buna doğru gedir...

İrəvandan Antalyaya uçuşlar həyata keçiriləcək

Gömrük borcunun ödənilməsi bağlı qaydalarda dəyişiklik edildi

Baş nazir qərar İMZALADI

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur

Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA

"Müharibə başlayandan 2 ay yarım müddətində görüşməmişik" - Zelenskinin xanımı

Sabaha olan hava proqnozu AÇIQLANDI

Şabranda Qarabağ Qazisinin haqqına girən KİMDİR? - NARAZILIQ VAR!

Şabranda narkotik bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var

Fuad Muradov bu işi BACARA BİLMƏDİ... - İTTİHAM VAR!

Milli parklarda "açıq qapı" günü keçiriləcək

Bu rayonlara qar yağıb - VİDEO

Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır - ŞOK GÖRÜNTÜLƏR

Bütün xəbərlər