Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Yeni təhsil naziri kim ola bilər? – Misir Mərdanov ehtimaldan danışdı

6-12-2017, 13:22

http://azpolitika.info/wp-content/uploads/2017/06/misir.jpgDünən prezident İlham Əliyev vergilər naziri Fazil Məmmədovu və təhsil naziri Mikayıl Cabbarovu vəzifəsindən azad edib.

Ölkə başçısının digər sərəncamı ilə Mikayəl Cabbarov vergilər naziri postuna aparılıb. Təhsil naziri vəzifəsinə isə hələ ki təyinat olmayıb.

Hazırda təhsil naziri postuna kimin gətiriləcəyi müzakirə olunmaqdadır. İctimaiyyət müxtəlif versiyalar səsləndirir. Hətta keçmiş təhsil naziri Misir Mərdanovun yenidən bu vəzifəyə qaytarılacağını mümkün sayanlar da var.
Modern.az saytı Misir Mərdanovla əlaqə saxlayaraq yeni təhsil nazirinin kim olacağı ehtimalını xəbər alıb.
“Kimin nazir təyin olunması cənab prezidentin sərəncamındadır. Kim təyin olunacaqsa, həmin şəxsə ancaq uğurlar arzu edə bilərəm. Əsas odur ki, təhsilimizə töhfə versin. Başqa heç nə deyə bilmərəm”, – deyə Misir Mərdanov bildirib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram