Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Azərbaycanın müəllifi olduğu qlobal layihələr regiona təhlükəsizlik vəd edir”

“Azərbaycanın müəllifi olduğu qlobal layihələr regiona təhlükəsizlik vəd edir”
10-09-2018, 20:19 246 dəfə baxılıb

“Azərbaycanın müəllifi olduğu qlobal layihələr regiona təhlükəsizlik vəd edir”













“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin beynəlxalq aləmdə nüfuzunu, çəkisini daha da artırır, yeni uğurlara yol açır. Bütün sahələrdə əldə edilən nailiyyətlər, gündən-günə genişlənən beynəlxalq əlaqələr kifayət qədər önəmli hadisələrlə yadda qalır. Bu mənada möhtərəm Prezidentimizin xarici ölkələrə, eyni zamanda, xarici dövlət başçılarının ölkəmizə səfərlərini xüsusi vurğulamaq lazımdır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V. Rəhimzadə bildirib ki, son dövrlər bu cür qarşılıqlı səfərlər ölkələr arasındakı münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir: “Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri, Prezident İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri və əldə olunmuş razılaşmalar xarici siyasətimizin dinamikliyinin, Azərbaycanın dünya birliyində yüksək nüfuza malik ölkə olduğunun əyani sübutudur”.

Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfərinə toxunan “İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu səfər ölkəmizin Avropa üçün nə qədər önəm kəsb etdiyini, qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə olan marağı, Azərbaycana verilən yüksək qiyməti ortaya qoyur: “Bütün səfərlərdə milli və dövlətçilik maraqları qorunmaqla ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində sənədlər imzalanır. Bu səfərlər və dövlətlər arasında əldə olunmuş razılaşmalar Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsinə, dost və tərəfdaşlarının sayının artmasına xidmət edir. Təbii ki, bunlar ölkəmizin beynəlxalq nüfuzu ilə yanaşı, iqtisadi inkişafının da göstəricisidir”.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Azərbaycan Prezidentinin xarici ölkələrə və eləcə də digər dövlətlərin başçılarının ölkəmizə səfərləri respublikamızın dünya birliyinə sürətli inteqrasiyasının göstəricisidir: “Azərbaycan son illər uğurlu layihələrə imza atıb və bu layihələr çərçivəsində ölkəmiz beynəlxalq əməkdaşlığa mühüm töhfələr verməkdədir. Azərbaycan və xarici ölkə prezidentlərinin qarşılıqlı səfərləri çəçivəsində siyasi, iqtisadi və digər sahələrdə əldə olunan razılaşmalar isə sülh və təhlükəsizliyi daha da möhkəmləndirir, inkişafı sürətləndirir.”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram