Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Çaylarda suyun səviyyəsi dəyişib

9-11-2018, 09:55

Çaylarda suyun səviyyəsi dəyişib













Çaylarda suyun səviyyəsi dəyişib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-110, Kiçik Qafqazın çaylarında 70-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-150 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, noyabrın 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 165 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 160 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 62 m3/s olmaqla, ongünlük normanın 74 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 49 m3/s təşkil edərək ongünlük normanın 58 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, noyabrın 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 12 sm azalma qeydə alınıb, lakin Surrada 4, Salyanda isə suyun səviyyəsində 2 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338 sm (2017-ci il noyabrın 08-də 316 sm), Şirvanda 187 sm (2017-ci il noyabrın 08-də 171 sm), Salyanda 137 sm (2017-ci il noyabrın 08-də 155 sm), Bankədə 175 sm (2017-ci il noyabrın 08-də 174 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2017-ci il noyabrın 08-də 37 sm) təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram