Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Nazirlər Kabinetində yetkinlik yaşına çatmayanlarla bağlı İCLAS

Nazirlər Kabinetində yetkinlik yaşına çatmayanlarla bağlı İCLAS
30-11-2018, 19:15 246 dəfə baxılıb

Nazirlər Kabinetində yetkinlik yaşına çatmayanlarla bağlı İCLAS













Bu gün Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib.

iclasda komissiyanın üzvləri və aidiyyəti qurumların nümayəndələri yetkinlik yaşına çatmayanlarla bağlı görülən işlər və qarşıda duran vəzifələrə dair müzakirələr aparıblar.

Baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov komissiyanın işinin fəallaşdırılmasının önəmini vurğulayıb. O əlavə edib ki, bu, yerli icra hakimiyyətləri yanında komissiyaların fəaliyyətində də ciddi irəliləyişlərə gətirib çıxaracaq. Bu da yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin aparılmasına və onların hüquqlarının müdafiəsi istiqamətində atılan addımlara müsbət təsir göstərəcək.

İclasda komissiyanın fəaliyyətinə dair maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycanda uşaq hüquqlarının həyata keçirilməsi və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi müxtəlif qurumlar tərəfindən aparılır. Bu qurumların gördüyü işlərə və onların fəaliyyətinin əlaqələndirilməsinə isə Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya baxır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Telegram Facebook Twitter Youtube Instagram