Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qazın limitiylə bağlı VACİB XƏBƏR

19-12-2018, 11:59

Qazın limitiylə bağlı VACİB XƏBƏR

















2018-ci ildə olduğu kimi 2019-cu ilin yanvar ayının 1-də qaz sərfiyatıyla bağlı bütün abonentlərə yeni limit veriləcək.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən "Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayi bildirib ki, qeyd olunan tarixdən etibarən əhalinin illik istehlak həcminin 1700 kubmetri 170 manat, yəni 10 qəpik tarifiylə, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifiylə hesablanacaq:

“Ödənişlərində artım olmayan abonentlərin sayı 75% təşkil edir. Yəni il ərzində cəmi 25% abonent qazın limitini keçib”.

Qeyd edək ki, Tarif Şurasının 22 dekabr, 2016-cı il 19 nömrəli qərarına əsasən, il ərzində istehlakçılara verilən 1700 kubmetr təbii qazın hər kubmetri 10 qəpiklə, 1700 kubmetrdən çox istifadə olunan qazın hər kubmetri 20 qəpiklə hesablanır. Tarif Şurasının qərarında bu il heç bir dəyişiklik yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram