Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Facebook"da şikayət məktubu yazanlar mənim dostlarımdır” - İcra başçısı

“Facebook
9-01-2019, 10:33 231 dəfə baxılıb

 “Facebook"da şikayət məktubu yazanlar mənim dostlarımdır” - İcra başçısı













“Facebook"da şikayət məktubu yazanlar mənim dostlarımdır”.

DogruXeber.az-in xəbərinə görə, bunu Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Alimpaşa Məmmədov deyib.

“Alimpaşa Məmmədov mənim stolunun üstündəki kompüterə yaxınlaşmağımı xahiş edir və daim açıq olan rəsmi “Facebook” səhifəsini göstərir. Yazanlarla, yazılanlarla məni tanış edir. Özü də ilk dəfədir şikayət məktubları yazan şəxslər haqqında belə məmnunluqla danışan rayon rəhbəri görürəm: – Onlar hamısı mənim dostlarımdır, – deyə Alimpaşa müəllim sanki mənim təəccübləndiyimi hiss edir”, - icra başçısından müsahibə alan “Xalq qəzeti”nin əməkdaşı yazır.

A.Məmmədov "Facebook"a şikayət yazanlardan incimədiyini deyib: “Nöqsanımızı, çatışmayan cəhətimizi deyirlərsə, öz problemlərini yazırlarsa, deməli bu rayonu sevən, başlıcası isə bizə etibar və inam göstərən insanlardır. Yazan adamdan niyə inciməliyik ki? Məktubların hamısını bir-bir özüm oxuyuram. Həmin anda printerdən çıxarılır, dərkənar qoyularaq sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə verilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram