Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sabah 12 dərəcə isti olacaq - PROQNOZ

Sabah 12 dərəcə isti olacaq - PROQNOZ
11-02-2019, 13:30 261 dəfə baxılıb

Sabah 12 dərəcə isti olacaq - PROQNOZ













Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 12-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir çiskin olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 5-8, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında

Fevralın 12-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 12-13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram