Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ağsuda şəhid adına sayğısızlıq… – Prezidentə müraciət olundu

11-06-2019, 12:29

Ağsuda şəhid adına sayğısızlıq… – Prezidentə müraciət olundu






Ağsu rayon şəhid Güləhməd Kərimov adına Gursulu kənd tam orta məktəbi qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Yeniavaz.com – a açıqlamasında həmin məktəbin məzunu və hazırda da övladı həmin məktəbdə təhsil alan Güvənc Mirzəxanov bildirib.Onun sözlərinə görə, məktəb hər an uça bilər: “Belə məktəbdə heyf ki, birinci məsələ olaraq təhsil deyil də şagirdlərin həyatı ön plandadır. Çünki bu məktəb hər an uça, dağıla bilər. Burada təhsil alan bizim övladlarımızdır, bizim gələcəyimizdir. Niyə axı göz görə görə onları ölümlə üz üzə qoyuruq. İstər divarları olsun, istər döşəmələri, məktəb pis vəziyyətdədir. Yayda döşəmədən ilanlar çıxır, qışda isə hər tərəfdən su tökülür və otaqlar çox soyuq olur. Mənim bir valideyn kimi bu məktəbin təlim-tədrisindən şikayətim yoxdur. Əgər narazı qalsaydım şəhər məktəblərinin birində oxudardım. Buna imkanım da çatır. Mənim davam bu məktəbin belə xaraba formasında olmasıdır. Mən, qardaşım və daha 6 nəfər ali məktəblərə burdan aldığımız keyfiyyətli təhsilin təməli əsasında qəbul olduq. Ancaq məktəbin hazırkı vəziyyəti göz qabağındadır”.
O həmçinin prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna müraciət edərək onlardan məsələ ilə bağlı kömək istəyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram