Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Vəkil olmaq istəyənlərin nəzərinə! Sənəd qəbulu bərpa olunub

Vəkil olmaq istəyənlərin nəzərinə! Sənəd qəbulu bərpa olunub
10-12-2017, 23:49 423 dəfə baxılıb

http://az.baku.ws/uploads/posts/2017-12/1512825699_vekiller.jpg
Azərbaycan Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq quruma üzvlük üçün sənəd qəbulunu bərpa edib.

dogruxeberaz.info xəbər verir ki,VK-nın Rəyasət Heyətindən BAKU.WS-ə verilən məlumata görə, VK üzvlüyünə qəbul olunmaq üçün 2016-cı ildə sənəd vermiş şəxslərin ərizələrinin Vəkilliyə Sənəd Qəbulu Komissiyasında təsdiqləmələri zəruridir.

Sənədlər VK Rəyasət Heyətinin binasında, Bakı şəhəri, Səməd Vurğun küçəsi, 48 ünvanında 2017-ci il dekabr ayının 11-dən 2018-ci ilin yanvar ayının 11-dək bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:30-dan 18:00-dək, şənbə günləri isə saat 10:00-dan 13:00-dək qəbul edilir.
Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd olunan sənədləri təqdim etməklə VK-nın Rəyasət Heyətinə müraciət edə bilərlər:

1. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;
2. Şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;
3. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
4. Əmək kitabçasının notariat qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
5. Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;
6. 3x4 sm və 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;
7. Kadrların şəxsi məlumat vərəqəsi;
8. Tərcümeyi hal.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram