Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bakıda bağça müdiri işə düzəltmək adı ilə 19 nəfərdən rüşvət aldı – MƏHKƏMƏ

Bakıda bağça müdiri işə düzəltmək adı ilə 19 nəfərdən rüşvət aldı – MƏHKƏMƏ
18-09-2019, 16:20 203 dəfə baxılıb

Bakıda bağça müdiri işə düzəltmək adı ilə 19 nəfərdən rüşvət aldı – MƏHKƏMƏ





Bakı Apellyasiya Məhkəməsində rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində olan apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

DogruXeber.az xəbər verir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmə işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar elan edib.

İttiham aktına əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmə istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən T.Bağırovanın barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri dəyişdirilib. O, ötən məhkəmə iclasına gec gəldiyi üçün barəsində həbs-qətimkan tədbiri seçilib. T.Bağırova məhkəmə zalında həbs olunub.

Cinayət işində 19 zərərçəkmiş var.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əliyeva 9 il, T.Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Ev dustaqlığında olan A.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı olan məhkumlar apellyasiya şikayəti veriblər./Oxu.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram