Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

DYP sürücülərə müraciət etdi

DYP sürücülərə müraciət etdi
21-11-2019, 13:11 201 dəfə baxılıb

DYP sürücülərə müraciət etdi












Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.



BDYPİ-dən DogruXeber.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, bu gündən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir.



Bununla əlaqədar olaraq yollarda yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün İdarə sürücülərə müraciət edərək bildirir ki, avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini hava şəraitinə uyğun seçsinlər, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər.



Yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar.

Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalı olduğunu nəzərə alaraq, belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərdən sükan arxasına əyləşməmələri xahiş olunur.



Həmçinin, piyadalar da hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər.



Piyadalara sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük verməyi, yolu özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmadan keçməyi tövsiyə edirik. /Demokrat.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram