Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Yol polisindən sürücülərə MÜRACİƏT

Yol polisindən sürücülərə MÜRACİƏT
3-01-2020, 12:50 237 dəfə baxılıb

Yol polisindən sürücülərə MÜRACİƏT













Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.


DogruXeber.az-ın məlumatına görə müraciətdə deyilir:


"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, yanvarın 2-dən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur. Bununla əlaqədar olaraq yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə sürücülərə müraciət edərək bildirir ki, avtomobil idarə edərkən diqqətli olsunlar, sürət həddini şəraitinə uyğun seçsinlər.


Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlamasını nəzərə alaraq, belə hava şəraitində kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər.


Həmçinin piyadalar da hava şəraitinin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər.


Piyadalara sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük verməyi, yolu özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmadan keçməyi tövsiyə edirik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram