sosial / dunya
13.03.2020, 10:19
Türkiyədə ikinci koronavirus xəstəsi aşkarlandı
Türkiyədə koronavirusa ikinci yoluxma halı müəyyən edilib.
DogruXeber.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Twitter”də açıqlama verib:
“Dünən gecə başa çatan test çox pis bir nəticə verdi. Daha bir xəstəmiz var”.
Xatırladaq ki, Türkiyədə “Covid-19” ilk dəfə martın 11-i bir kişidə müşahidə edilib və şəxs karantin altına alınıb. /Cebhe.info/