Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Füzuli istiqamətində erməni mayoru "mina partlayışından" öldü

Füzuli istiqamətində erməni mayoru
5-05-2020, 10:13 209 dəfə baxılıb

Füzuli istiqamətində erməni mayoru "mina partlayışından" öldü













Ötən gün axşam saatlarında təmas xəttinin Füzuli istiqamətində "mina partlayışı" nəticəsində ölən erməni hərbi qulluqçusu rütbəcə mayordur. Ermənistan KİV-lərinin xəbərlərinə görə, 32 yaşlı mayor Taron Poqosyan Vazgen adına hərbi məktəbi bitirib, Araratın Vosketap icmasındandır və 3 uşaq atası idi.

Erməni tərəfi onun "mina partlayışından" həlak olduğunu bildirir, lakin həmin partlayan minanın piyadalar əleyhinə mina, yoxsa minaatan mərmisi olduğunu dəqiqləşdirmir. Məlumdur ki, son günlər Azərbaycan ordusu cəbhə boyu düşmənin fəallığına cavab olaraq minaatanları tətbiq edir.

***

Bu gün mayın 4-də , saat 19.05 radələrində Ermənistan işğalçı qüvvələrinin cəbhənin cənub istiqamətində (Füzuli-Cəbrayıl) yerləşən bölmələri itki verib.

Dogruxeber.az Virtual.org-a istinadən xəbər verir ki, müqavilə əsasında xidmət keçən hərbi qulluqçu, 1988-ci ildə anadan olmuş Taron Rubikoviç Poqosyan “mina partlayışı” nəticəsində ölümcül yaralar alıb.
Lakin ehtimal edilir ki, əslində düşmən hərbi qulluqçusu Azərbaycan ordusunun minaatanlarından endirilən zərbə nəticəsində ölüb. Çünki təmas xətti boyu son günlər işğalçı qüvvələrin xüsusi fəallığı müşahidə olunur və düşmən 60 mm-lik minatanları işə salandan sonra Azərbaycan ordusu onların mövqelərinə daha iriçaplı minatanlarla zərbələr endirir. Müdafiə naziri Zakir Həsənov iki gün əvvəl keçirdiyi xidməti müşavirdə düşmənin təmas xətti boyu xeyli fəallaşdığını bildirib və komandirlərə ordunu yeni döyüş əməliyyatlarına hazırlamağı əmr edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram