Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Çirkab suları içində üzən məhəllə - VİDEO

26-06-2020, 14:59

Çirkab suları içində üzən məhəllə - VİDEO










Binəqədi rayon Sulutəpə qəsəbəsinin problemləri bitmək bilmir. Qəsəbənin Ruslan Allahverdiyev küçəsi, döngə 15 ünvanında yaşayan sakinlər onlara həm fiziki, həm də maddi zərər verə biləcək bir təhlükə ilə üz-üzə qalıblar.

Dogruxeber.az Baku.Tv-ə istinadən xəbər verir ki, ərazidən keçən çirkab sularının qarşısı bir neçə il əvvəl tanımadıqları bir vətəndaşın ev tikməsi nəticəsində kəsilib. Bu səbəbdən də yağış yağanda və çirkab sularının çoxaldığı vaxt çirkab suları daşaraq küçələrə , evlərin zirzəmilərinə dolur.
“Bu insanlar mikroblu suyun içində həyətdən evə girir. Bu nə dərəcədə düzgündür ?” – bir sakin şikayətini bildirir.

“Yağış yağdı, bura olur bataqlıq, göl. “- digər bir sakin vəziyyəti belə izah edir.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildirdilər ki, problem barədə Azərsu ASC-ə məlumat verilib. Məsul qurum isə həmin ərazidə işlərin mərhələli şəkildə görüləcəyini deyib.

“Axıntı sularının qarşısının alınması və kanalizasiya xətlərinin çəkilməsi məqsədilə Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi, döngə 15 ünvanında yaşayan sakinlərin şikayətilə bağlı tərəfimizdən AZƏRSU ASC-ə müraciət olunub. Qurumun məsul şəxslərinin iştirakı ilə həmin ünvana baxış keçirilib və mərhələli bir şəkildə problemin aradan qaldırılacağı deyilib.”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram