Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu

Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu
5-09-2020, 15:47 184 dəfə baxılıb

Goranboyda polisə qarşı zor tətbiq edən həbs olundu













Sentyabrın 3-də Goranboy rayon polis şöbəsinin əməkdaşına qarşı rayon ərazisində zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Bununla bağlı Goranboy rayon prokurorluğu məlumat yayıb.

Araşdırmalarla həmin gün saat 21 radələrində Goranboy rayonu ərazisində rayon sakini Natiq Şirinovun ailəsində münaqişənin baş verməsi ilə bağlı daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş Goranboy rayon polis şöbəsinin istintaq-əməliyyat qrupunun üzvü Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Əliyevə qarşı Natiq Şirinov tərəfindən zor tətbiq edilməklə müqavimət göstərilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Natiq Şirinova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə, o, təqsirlədirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram