Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Düşmənin atdığı mərmi Tərtərdə jurnalistin evinə düşdü

Düşmənin atdığı mərmi Tərtərdə jurnalistin evinə düşdü
3-10-2020, 12:38 151 dəfə baxılıb

Düşmənin atdığı mərmi Tərtərdə jurnalistin evinə düşdü











Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini növbəti dəfə artilleriya atəşinə tutur.
Dogruxeber.az bildirir ki,bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verib.
Düşmən təxirbatı nəticəsində dinc əhaliyə top mərmiləri atılıb, evlərə ziyan dəyib.
Ermənilərin atdığı mərmilərdən biri “Real Təhlil İnformasiya Mərkəzi”nin (Real TV) cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı, Ağdərə rayonundan məcburi köçkün olan Tərtər rayonunda məskunlaşmış Kamil Eldaroğlunun valideynlərinin yaşadığı evə düşüb.
"Report"un əməkdaşı ilə söhbətləşən jurnalist qeyd edib ki, hadisə zamanı evə ziyan dəyib:
"Eybi yox, olan evə olsun. Əsas odur ki, mülki vətəndaşlara və Azərbaycan Ordusuna heç nə olmasın. Tərtərdə əhval ruhiyyə çox yüksəkdir. İnsanlar Ordumuza və Ali Baş Komandanımıza güvənir".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Dünən - oktyabrın 2-də şəhərə 2 mindən artıq mərmi düşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram