Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Braziliya səfiri: “Təəssüf ki, atəşkəsə riayət olunmadı”

Braziliya səfiri: “Təəssüf ki, atəşkəsə riayət olunmadı”
13-10-2020, 12:07 84 dəfə baxılıb

Braziliya səfiri: “Təəssüf ki, atəşkəsə riayət olunmadı”











“Həlak olanların ailələrinə başsağlığımızı çatdırırıq. Biz bu yaxınlarda da bildirdiyimiz kimi, müharibə ən tez zamanda sülh və danışıqlar prosesi ilə əvəz edilməlidir. Təəssüflə bildirmək istəyirik ki, bu, getdikcə daha da çətinləşir”.

Dogruxeber.az bildirir ki, bunu oktyabrın 12-də Gəncədə jurnalistlərə açıqlamasında Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz bildirib.“Braziliya hökuməti olaraq biz sülh danışıqlarını yeganə çıxış yolu kimi görürük. Təəssüf ki, atəşkəsə riayət olunmadı. Lakin biz nikbinik və düşünürük ki, atəşkəs razılaşması qüvvədə qalacaq. Biz Moskva danışıqlarını sülhə doğru atılan ilk addım kimi müsbət qiymətləndiririk”, - deyə səfir vurğulayıb.

Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 12-də Gəncə və Mingəçevir şəhərlərinə səfər ediblər.

Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.
(AZƏRTAC)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram