Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İşğal altında olan su təsərrüfatı və meliorasiya obyektləri.

6-11-2020, 14:06

İşğal altında olan su təsərrüfatı və meliorasiya obyektləri.












İşğal altında su anbarlarının sayı 9 (Suqovuşan su anbarı artıq azad edilib), su tutarlarının sayı 7 olub. DogruXeber.az Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə istinadən bildirir ki,erməni işğalı altında olan torpaqlarımızdakı suvarma şəbəkələrinin uzunluğu 6426 km, hidroqovşaqların sayı 2, kollektor-drenaj şəbəkəsinin uzunluğu 330 km, hidrotexniki qurğuların sayı 8003, nasos stansiyalarının sayı 88, subartezian quyuların sayı 1429 ədəd olub.

Azərbaycanda 125 800 ha suvarılan torpaq sahəsi işğal altında qalmışdı.

Qələbədən sonra işğaldan azad edilən ərazilərimizdəki su təsərrüfatı və meliorasiya obyektlərinin sayının daha dəqiq müəyyən edilməsi üçün xüsusi komissiyalar yaradılacaq. Bu komissiyalar tərəfindən aparılan araşdırma nəticəsində istifadəyə yararlı olan su təsərrüfatı və meliorasiya obyektləri müəyyən ediləcək.

Qələbədən sonra həmin obyektlərin işə düşməsi su təminatı çətin olan ərazilərə suyun davamlı verilməsinə, əkin sahələrinin genişləndirilməsinə, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranacaq. Bütün bunlar isə son nəticədə ölkədə bol məhsuldarlığın yaranmasına imkan verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram