Erməni qaçqın Ermənistan rəhbərliyini ittiham etdi: “Özləri milyoner oldular, biz isə heç kimik”










İkinci Qarabağ savaşından öncə Ermənistanın müxtəlif şəhərlərində vətəndaşlar arasında sorğu keçirilib. Sorğuya cəlb olunan ermənilərə “Dağlıq Qarabağ münaqişəsi həll olunarsa, azərbaycanlılar geri qayıdarlarsa, onlarla bir yerdə yaşamaq mümkündürmü?” sualı ilə müraciət olunub. Ermənistanın Gümrü şəhərində bənnalıq edən erməni fəhlə bunun mümkünsüz olduğunu xatırladaraq, azərbaycanlıların geri qayıtmasına imkan verməyəcəklərini bildirib. Qeyd edib ki, əgər azərbaycanlılar geri qayıdarlarsa Ermənistan yox olacaq. O, indiyə qədər Ermənistanı 330 kilometr məsafənin (vaxtilə işğal altında saxlanılan əraziləri nəzərdə tutur) xilas etdiyini diqqətə çatdırıb. Jurnalistin “Axı sovetlər birliyi dövründə hər iki xalq bir yerdə yaxşı yaşayıblar” iradına cavab olaraq erməni bənna deyib ki, heç də yaxşı yaşamayıblar.
Gümrü şəhərindəki başqa bir erməni Dağlıq Qarabağ münaqişəsinə, əlaqələrin kəsilməsinə görə azərbaycanlıların deyil, ermənilərin günahkar olduğunu dilə gətirib. O, münaqişənin həlli baxımından sadə ermənilərin əlindən heç nə gəlmədiyini etiraf edib.
Araratda sorğuda iştirak edən erməni deyib ki, münaqişəni həll etmək çox asandır və bunun sayəsində hər iki tərəf bir-birinə gedib-gələ bilər, lakin düşmənçilik qalacaq.
Hadrutda vaxtilə yaşayan yaşlı erməni (indi bu qəsəbə Azərbaycanın nəzarətindədir və orada heç bir erməni qalmayıb) sovet dövründə hər iki xalqın bir yerdə yaşadığını, aralarında heç nə olmadığını söyləyib. Vurğulayıb ki, iki xalq arasında baş verənlərə görə, sadə, məlumatsız xalq deyil, yuxarıda oturanlar (Ermənistan siyasi hakimiyyətini nəzərdə tutur) günahkardırlar: “Xalqa təlqin etmişdilər ki, əgər Dağlıq Qarabağ orada yaşayan ermənilərlə birlikdə Ermənistana birləşsə hər şey gözəl olacaq, daha yaxşı yaşayacağıq. Sonra elə oldu ki, bu sözləri deyənlər, vədlər verənlər özləri milyoner oldular, biz isə heç kimik”.
Havar sakini gənc erməni qızın sözlərinə görə, orta məktəbdə müəllimlər şagirdlərə öyrədir ki, azərbaycanlılar sizin düşməninizdir: “Belə təbliğat nəticəsində biz azərbaycanlılara daha çox nifrət edir, onları görmək istəmirik”.
Xankəndindəki erməni müəllimə azərbaycanlıların geri qayıtmasını istəmədiyini bildirib. Qeyd edib ki, övladlarının türklərlə bir yerdə yaşamasını istəmir: “Bütün dünya bizi işğalçı adlandırsa da biz bunu istəmirik. Qoy desinlər ki, siz işğalçısınız. Bəli, mən bunu qəbul edirəm. Amma türklərlə bir yerdə yaşamaq istəmirəm. Söylədiklərimə görə məsuliyyət daşımağa hazıram”.
Laçında (hazırda bu rayon ermənilərdən boşaldılır) keçirilən bir yığıncaqda çıxış edən ermənilər də azərbaycanlılarla bir yerdə yaşamaq istəmədiklərini dilə gətirib absurd fikirlər səsləndiriblər.
Kəlbəcər (bu rayon da ermənilərdən boşaldılır), Əsgəran və Şuşada yaşayan (bu şəhər də indi Azərbaycanın nəzarətindədir və orada heç bir erməni yaşamır) ermənilər də azərbaycanlılarla birlikdə yaşamaq istəmədiklərini, seçim edəcəkləri halda Ermənistanda yaşamağa üstünlük verəcəklərini qeyd ediblər. Onlar arasında obyektiv mövqe bildirənlər də olub. “Əgər məsələ ədalətli həllini taparsa iki xalq yenidən bir yerdə yaşaya bilər. Mən yaşadığımı, gördüklərimi deyirəm. Bir dəfə Ağdamda avtomobil qəzası keçirdim. Azərbaycanlı dərhal maşınımı öz qarajında gizlətdi ki, yol polisinin əlinə düşməyim, cərimələnməyim. Bu dostluq deyil bəs nədir? Məgər bunu partiya tələb edirdi? Məgər düşmən düşmənə kömək edər?” – deyə vurğulayan erməninin üstünə dərhal onun həmkəndiləri düşüblər. Bu etirafı edən ermənilər dərhal digərlərinin təzyiqinə məruz qalıblar.
(Gundelik-Baku.com)


Oxunub: 453

Son xəbərlər

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

"Onunla nə edirsən et" deyib, azyaşlı qızını 50 yaşlı kişiyə verdi - Azərbaycanda ŞOK OLAY

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi - FOTO

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sabah 28° isti olacaq

Ədliyyə nazirindən YENİ TƏYİNATLAR

Mövsümi allergiyaya səbəb OLANLAR

Əmlak Komitəsinin vəzifəli şəxslərinin kassasiya şikayəti təmin edilmədi

Sülhməramlılar Qarabağdan çıxarılır

Prezident Kayrat Sarıbayı qəbul etdi

Naxçıvan aeroportunun direktoru vəzifəsindən azad edildi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Çempionlar Liqası: Bu gün sonuncu yarımfinalçılar müəyyənləşəcək

Maskalı şəxs bankı partlatdı

Alimlər "canavar dalğaları"nın necə yarandığını müəyyənləşdirdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Azərbaycan İlahiyyat İnstitutu auditor seçir

Aytən Səfərova ağır qəzaya düşdü - DYP-dən AÇIQLAMA

Fransa Azərbaycandakı səfirini geri ÇAĞIRDI

Bütün xəbərlər