Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Rusiya Qarabağda daha bir hərbi hospital yaradır

3-12-2020, 17:17

Rusiya Qarabağda daha bir hərbi hospital yaradır









Rusiya Qarabağda ikinci hərbi hospital açır.

DogruXeber.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

O, Rusiya sülhməramlı əməliyyatı çərçivəsində ikinci hərbi hospitalın Ağdərədə açılacağını söyləyib: "Bu yaşayış məntəqəsində ikinci hərbi hospitalın yaradılması işləri davam edir. Xanabad yaşayış məntəqəsində Rusiya Müdafiə Nazirliyinin hərbi hospitalının briqadası tərəfindən 48 sakinə, o cümlədən 12 uşağa tibbi yardım göstərilib”.

Rusiya MN rəsmisinin sözlərinə görə, sülhməramlı qüvvələrin və Beynəlxalq Qızıl Xaç Komitəsinin koordinasiyası ilə həlak olanların cəsədlərinin axtarışı və mübadiləsi davam etdirilir.

Bundan başqa, Konaşenkov Rusiya sülhməramlılarının dinc sakinlərin daimi yaşayış yerlərinə təhlükəsiz qayıtmasını təmin etdiyini də vurğulayıb: “Ermənistandan Dağlıq Qarabağa son sutka ərzində 1479 nəfər qayıdıb. Ümumilikdə sülhməramlı əməliyyatı çərçivəsində 28 mindən çox qaçqının təhlükəsiz şəkildə qayıtması təmin olunub”.

Qeyd edək ki, bundan əvvəl Rusiya sülhməramlıları Xocalı ərazisində hərbi hospital yaradıb.
(APA)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram