Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“YAŞAT” Fonduna ianə edən vətəndaşların NƏZƏRİNƏ

“YAŞAT” Fonduna ianə edən vətəndaşların NƏZƏRİNƏ
17-12-2020, 16:48 151 dəfə baxılıb

“YAŞAT” Fonduna ianə edən vətəndaşların NƏZƏRİNƏ














Son günlər “YAŞAT” Fondunun adından istifadə edilməklə vətəndaşlara ianələrin ödənişi üçün saxta hesab nömrələri, linklər təqdim olunur, sosial şəbəkələrdə saxta səhifələr yaradılır. Bu cür linklərdə, sosial şəbəkələrdəki paylaşımlarda tamamilə təhrif olunmuş məlumatlar əks olunur.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) məlumat yayıb.

Agentlik bildirir ki, bu cür addımların həyata keçirilməsi yolverilməzdir və həmin şəxslər barəsində qanunamüvafiq, tam ciddi məsuliyyət tədbirləri həyata keçiriləcək:

“Bu cür hallarla qarşılaşan vətəndaşlarımızdan xahiş olunur ki, “YAŞAT” Fondunun sosial şəbəkələrdəki səhifələrinə və 108 “Çağrı” Mərkəzinə müraciət etsinlər.

“YAŞAT” Fondunun sosial şəbəkələrdəki səhifələri aşağıdakılardır:
“Facebook” - https://www.facebook.com/YASHATFondu
“İnstagram”- https://www.instagram.com/yashatfondu/
“Twitter” - https://twitter.com/yashat_fondu
“Linkedin” - www.linkedin.com/company/yaşat-fondu/

Fonda vəsait onlayn qaydada elektron ödəmə portalları, SMS, bank köçürməsi və ödəmə terminalları vasitəsilə toplanılacaq. Hazırda “ASAN ödəniş” portalı vasitəsilə də Fonda ianə göndərmək mümkündür.

Keçid: https://asanpay.az/

“YAŞAT” Fondunun bank rekvizitləri ilə http://vxsida.az/az/annouces/1493 keçidi vasitəsi ilə tanış olmaq olar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram