Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Nazir: "Bəzi musiqi məktəblərində müəllimlər cəzalandırılıb, direktorlar işdən azad edilib"

22-12-2017, 14:40

https://apa.az/upload/images/news/2017/december/22/big/ebulfes-qarayev.jpg














"Yeni regional idarələr vasitəsi ilə müəyyən monitorinqlər həyata keçirildi. Təəssüf ki, nəticədə bəzi musiqi məktəblərində xoşagəlməz hallar aşkar olunub".


dogruxeberaz.info APA-ya istinadən bildirir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən 34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimində deyib.



Nazir qeyd edib ki, aşkar olunan nöqsanlarla bağlı ciddi ölçü götürülüb: "Müəllimlər cəzalandırıldı, direktorlar işdən azad olundu. Bu proses davam edəcək. Bizim əsas məqsədimiz odur ki, dərslərin keyfiyyəti yüksəlsin, uşaqların musiqi və incəsənət sahəsində bilik səviyyəsinin artırılması təmin olunsun. Növbəti ildə musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası keçiriləcək. Bununla da təhsilin keyfiyyətinin artırılması istiqamətində çox ciddi addımlar atılacaq. Gənclərin daha yaxşı təhsil almaları üçün yüksək səviyyəli müəllimlər gərəkdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram