Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

DİQQƏT: Cərimələnə bilərsiniz

DİQQƏT: Cərimələnə bilərsiniz
26-12-2017, 08:44 457 dəfə baxılıb

https://cdn.trend.az/media/pictures/2017/11/27/elil_nishan_271117.jpg

Azərbaycanda avtomobillərə heç bir əsas olmadan əlil tanınma nişanı vurmaqla ictimaiyyəti və yol polislərini aldadırlar.

Bunu Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

Ekspert bildirib ki, bu sahədə ciddi problem var: "Azərbaycanda əlilərin avtomobilinin tanınması üçün fərqlənmə nişanı var. Bu, "Yol hərəkəti haqqında" Qanunun 72-ci maddəsi ilə təsbit olunub. Həmin nişanı minik avtomobilləri ilə yanaşı, yük avtomobillərinə, hətta mikroavtobuslara, sərnişin avtobuslarına da vururlar".

Ekspert bildirib ki, araşdırılma aparılsa, üzərində əlil nişanı olan avtomobillərin əksəriyyətinin əlil maşını olmadığı məlum olacaq: "Öncə bu problemi həll etmək lazımdır. Əlil nişanı Dövlət Yol Polisi tərəfindən qeydiyyatla verilməli, əlillər üçün olan avtomobillərin qeydiyyat şəhadətnaməsinə bu qeyd edilməlidir. Əlil avtomobilində xüsusi avadanlıqlar quraşdırılmalıdır. Avtomobilə hansı xüsusi avadanlığın quraşdırılması isə avtomobilin qeydiyyat şəhadətnaməsində yazılmalıdır. Bundan sonra həmin avtomobilə əlil nişanı verilməlidir".

Ə.Hüseynov qeyd edib ki, "Yol hərəkəti haqqında" Qanunun 71-ci maddəsində yazılıb ki, əlil tanınma nişanı yalnız əlil üçün xüsusi avadanlıqlarla təchiz olunmuş və əlillərin mülkiyyətində olan nəqliyyat vasitələrinə vurula bilər: "Hazırda Azərbaycanda bu proses tətbiq olunmayıb. Bu məsələni həll etdikdən sonra əlil avtomobillərinə güzəştlər tətbiq etmək olar. Məsələn, mədəsində əməliyyat olunmuş şəxsə 2-ci qrup əlil verilir və o, avtomobilinə əlil tanınma nişanı vurur. Həmin şəxsin ayaqları, əlləri yerindədir. O sürücü avtomobilə əlil tanınma nişanı vura bilməz. Amma elə sürücü var ki, ayağının biri və yaxud əlinin biri yoxdur, bu şəxslərə əlil tanınma nişanı verilməlidir".

O, eyni zamanda əlavə edib ki, bu gün əlil tanınma nişanını mağazalardan da almaq olar: "Bu nişan mərkəzləşdirilmiş qaydada verilməlidir. Əslində, qanunvericiliyə görə, əlil tanınma nişanından yalandan istifadə edən sürücü 40 manat cərimə olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 342.1.11-ci maddəsinə görə, sürücü belə halda məsuliyyət daşıyır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram