Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Məleykə Abbaszadə: Rəhbər vəzifələrə qəbul imtahanlarında az namizəd iştirak edir

17-04-2018, 11:46

Məleykə Abbaszadə: Rəhbər vəzifələrə qəbul imtahanlarında az namizəd iştirak edir

















Bu il ölkədə keçirilən dövlət qulluğu imtahanlarında kifayət qədər namizəd, yəni 3000-dən çox insan iştirak edib.


Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şərq Tərəfdaşlığı ölkələrində dövlət sektorunda müasir liderlik və potensial quruculuğu layihəsinə (PADAS II) həsr olunan seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, A inzibati rəhbər vəzifələri üçün olan imtahanlarda çox az insan iştirak edib.

Bunu namizədlərdə liderlik keyfiyyətinin az olması ilə izah edən M.Abbaszadə əlavə edib ki, A növü üzrə imtahanda iştirak üçün 127 namizəd qeydiyyatdan keçmişdi. Onlardan 125-i imtahanda iştirak edib və yalnız 41 nəfər uğur qazanıb. Hazırda bu vəzifələr üzrə dövlət qulluğunda kifayət qədər vakansiya var.

M.Abbaszadə qeyd edib ki, ölkə üzrə DİM tərəfindən dövlət qulluğuna məsləhətçi vəzifəsinə qəbul olunan 202 nəfər öz vəzifəsində yüksəlib.

Dövlət qulluğu üzrə ən aşağı vəzifə olan məsləhətçi vəzifəsinə qəbul edilən 32 nəfər hazırda dövlət təşkilatlarında şöbə müdiri, 32 nəfər şöbə müdirinin müavini, 138 nəfər sektor müdiridir.

M.Abbaszadə dövlət qulluğunda yüksəlməni göstərən bu göstəriciləri çox yaxşı dəyərləndirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram