Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sokar şirkətinin əməkdaşları vətəndaşa xeyli ziyan vurdular. Video

Sokar şirkətinin əməkdaşları  vətəndaşa xeyli ziyan vurdular. Video
27-05-2018, 14:54 3 792 dəfə baxılıb

Sokar şirkətinin əməkdaşları  vətəndaşa xeyli ziyan vurdular. Video












Bu gün Binəqədi rayon Biləcəri qəsəbəsi Yahya Hüseynov 11 A-da yaşayan Məmmədov Saleh Məhər oğlu tərəfindən DogruXeber.az informasiya agentliyinin redaksiyasına müraciət daxil olmuşdur. Müraciətdə M.Saleh Məhər oğlu qeyd etmişdir ki, Sokar şirkətinin 20-dən çox əməkdaşları icazəsiz olaraq bacıma məxsus olan evin hasarından aşaraq həyətimizdə olan yeni tikilmiş mətbəximizi darmadağın ediblər.Binəqədi rayon sakini M.Saleh qeyd edir ki, hadisə barədə DİN-in 102 xidmət mərkəzinə xəbər vermişəm, amma heç bir dövlət qurumları səsimə səs vermirlər. M.Saleh onuda qeyd edir ki,hadisədən bir gün sonra ölkə prezidenti cənab İlham Əliyevə, hörmətli Vitse prezident Mehriban Əliyevaya,Sokar şirkətinin prezidenti hörmətli Rövnəq Abdullayevə teleqram vurmuşam, amma bir nəticə yoxdur. Binəqədi rayon sakini müəllim vəzifəsində çalışan M.Saleh Məhər oğlu redaksiyamıza müraciətində xüsusi olaraq qeyd edib ki,” hörmətli DogruXeber.az informasiya agentliyinin rəhbəri səsimə səs verəsiniz mənim mənzilimə hücüm edib mənə həm maddi həm mənəvi ziyan vuran Sokar şirkətinin özbaşınalıqlarını qeydə alıb ölkə prezidentinin diqqətinə çatdırasınız.” Müraciət ilə bağlı sözü gedən əraziyə agentliyin rəhbəri Ə.Kamal getmiş və şikayətçinin qeyd etdiyi mənzildə olan dağıntıları video görüntü ilə qeydə almışdır. Məsələ ilə bağlı Sokar şirkəti boru kəmər idarəsinin səlahiyyətli nümayəndəsi ilə görüşən agentlik rəhbəri Ə.Kamal hadisənin hansı zəmində baş verdiyini soruşduqda özünü təqdim etməyən Sokar şirkətinin səlahiyyətli nümayəndəs,i verilən suala heç bir cavab verməyib. Xəbər agentliyi olaraq biz öz misiyamızı yerinə yetirdik. Ümid edək ki,aidiatı orqanlar məsələni obyektiv araşdırıb, vətəndaşın səsinə səs verərlər.

DogruXeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram