Cavadxan küçəsində yolu zəbt edən kafelər: eyş-işrət gecədən səhərə qədər davam edir – FOTO










Bakının Nəsimi rayonu, Cavadxan küçəsinin bir hissəsi kafe və çay evləri tərəfindən zəbt edilib. Binaların birinci mərtəbəsində yerləşən ticarət və iaşə obyektləri piyadalar üçün nəzərdə tutulmuş yolu tutduğundan, sakinlər evlərinə getmək üçün avtomobil yolundan istifadə etmək məcburiyyətində qalırlar. Hətta fövqəladə hadisələr zamanı da təcili yardım və ya yanğınsöndürmə avtomobilləri binaya yaxınlaşa bilmir.

Bu şikayətlə virtualaz.org-un redaksiyasına Cavadxan küçəsi, 23 ünvanında yaşayan Kənan Qasımov müraciət edib.

Onun sözlərinə görə, obyektlərin yolu bütünlüklə bağlaması azmış kimi gecə səhərə qədər kafelərdən çıxan sərxoş insanların səs-küyündən evdə yaşamaq mümkün deyil: “Qışda bizim binamızın zirzəmisində kabel alışmışdı, yanğınsöndürənlər binaya yaxınlaşa bilmirdi. Çox çətinliklə kafelərin qurduğu barrikadanı yara bildi. İndi də hava isindiyinə görə kafelərin stollarını çıxararaq yolda quraşdırıblar. Evimizə keçib gedə bilmirik. Xüsusən də, qadınlar çox əziyyət çəkirlər. Küçədən qadınlar keçəndə onlara sataşırlar. Gecə saat 3-4-ə qədər domino və nərd oynayırlar, sərxoş kişilərin, əxlaqsız qadınların əlindən bilmirik hara gedək. Pəncərəni açıb hava almaq, küçədən uşaqla keçmək mümkün deyil. Bakıda nə qədər əxlaqsız, avara adam var, evimizin qabağına yığışıb…”

Şikayətçi deyir ki, bina sakinləri dəfələrlə “102” qaynar xəttinə zəng edib, Nəsimi rayon polis idarəsinə ərizə ilə müraciət etsələr də, faydası olmayıb. Kafe sahibləri isə sentyabr ayının 11-dək icra hakimiyyətinə icarə haqqı ödədiklərini və buna görə də, fəaliyyətlərini davam etdirəcəklərini deyirlər.

“Polis idarəsi müraciətimizi 19-cu polis bölməsinə yönləndirib. Onlar da yəqin ki, sahə müvəkkilinə tapşıracaqlar. Axı sahə müvəkkili onlara nə etsin, uzağı fahişəliklə məşğul olma və ya səs-küyə görə həmin şəxsləri 30-40 manat cərimələyəcək. Amma yenə öz işlərini davam edəcəklər. Əgər bizim problemimizə çarə tapmasalar, biz yığışıb Prezident Aparatına gedəcəyik”, – deyə K.Qasımov bildirir.

Şikayətlə bağlı Nəsimi rayon 19-cu polis bölməsi ilə əlaqə saxladıq. Bölmədən daxil olan müraciətin araşdırıldığını və qanun çərçivəsində tədbir görüləcəyini dedilər




Cavadxan küçəsində yolu zəbt edən kafelər: eyş-işrət gecədən səhərə qədər davam edir – FOTO

Cavadxan küçəsində yolu zəbt edən kafelər: eyş-işrət gecədən səhərə qədər davam edir – FOTO


Oxunub: 749

Son xəbərlər

"A.M.A.Y"ın külli miqdarda borcu var - "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında

Ermənistan bununla bağlı NATO ilə razılığa gəldi

Minlərlə milyonerin köçdüyü şəhər: Səhranın ortasındakı cənnət varlıları necə cəlb edib?

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

ABŞ-ın məşhur aviaşirkəti Tel-Əvivə uçuşlarını dayandırdı — SƏBƏB

Yaponiyada atom elektrik stansiyasında yanğın oldu

Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü

“Ermənilərlə azərbaycanlılar birlikdə yaşayacaq, bu dəfə vəziyyət başqa cürdür...”

Tbilisidə etiraz aksiyası zamanı 63 nəfər saxlanılıb — VİDEO

Ukrayna əsgərləri Kremennaya yaxınlığında itirilmiş mövqelərini geri aldı - ISW

Taleh Kazımovdan "Naxçıvan Bank"la bağlı açıqlama: Bağlanır?

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Sabah 28° isti olacaq

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Bu yolda yerüstü piyada keçidinin inşasına start verildi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Bütün xəbərlər