Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ötən gecə Bakının bəzi ərazilərinin qaz təchizatında problem yaranıb - SƏBƏB

8-01-2018, 13:41

https://apa.az/upload/images/news/2018/january/08/big/dem-qazi.jpg











Ötən gecə Bakının bəzi ərazilərində qaz təchizatında məhdudiyyətlər olub.

“APA-Economics”in məlumatına görə, ötən gün saat 24:00-dan etibarən paytaxtın bəzi ərazilərinə təbii qazın verilişi dayandırılıb.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev “APA-Economics”ə bildirib ki, dünən gecədən Ceyranbatan qazpaylayıcı stansiyasından ayrılan, diametri 315 mm-lik polietilen yeraltı orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması üçün qəza halı kimi qaz təchizatı dayandırılıb.

“Hazırda “Azəriqaz”ın əməkdaşları yaranmış qaz sızmasının aradan qaldırılması ilə bağlı işlər aparırlar. Kəmərdə təmir işləri bitdikdən sonra qaz təchizatı bərpa ediləcək”, - deyə İ.Kərbəlayev vurğulayıb.

Bundan başqa, ötən gün Ramana qəsəbəsinin Şuşa şəhərciyində magistral qaz kəmərinin üzərində siyirtmədə baş vermiş nasazlıqla əlaqədar qəsəbənin qaz təchizatında fasilə yaranıb. İ. Kərbəlayev bildirib ki, artıq qəsəbəyə qaz təchizatı bərpa olunub.
dogruxeberaz.info






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram