Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Kür çayında növbəti monitorinq keçirilib

Kür çayında növbəti monitorinq keçirilib
5-08-2018, 09:55 229 dəfə baxılıb

Kür çayında növbəti monitorinq keçirilib













Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayında növbəti monitorinq həyata keçirib.

Nazirlikdən monitorinqlə bağlı “Qafqazinfo”ya verilən məlumata görə, iyul ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının II ongünlüyünə nisbətən 6 m3/san azalaraq 115 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən çirklənməyə məruz qalan Kür çayı və onun qollarında suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların YVQH-dən bir neçə dəfə artıq olması müşahidə edilib. Suyun tərkibindəki biogen maddələr Kür çayı Şıxlı-2 məntəqəsində normanı keçib. Bu çaylarda çirklənməyə səbəb Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri olub.
Belə ki, iyul ayının III ongünlüyündə Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafaçay su anbarında, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə aparılan monitorinqlərin nəticələrinə görə fenollar 2 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,70–7.66 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram