Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

YAP Gəncə şəhər təşkilatı səhiyyə işçiləri ilə görüş keçirib

YAP Gəncə şəhər təşkilatı səhiyyə işçiləri ilə görüş keçirib
3-09-2018, 17:46 398 dəfə baxılıb

YAP Gəncə şəhər təşkilatı səhiyyə işçiləri ilə görüş keçirib


















Bu gün YAP Gəncə şəhər təşkilatı şəhər Səhiyyə İdarəsində partiya fəalları ilə görüş keçirib.

Yiğıncağı şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev açaraq, Ulu öndər Heydər Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğıdan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla həyata keçirilməsindən söz açıb, Gəncə səhiyyəsində əldə edilən uğurlardan danışıb.

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev çıxış edərək, Ölkə Başçısının Gəncəyə, gəncəlilərə olan diqqət və qayğısı nəticəsində Nizami yurdunun günü-gündən gözəlləşdiyini qeyd edib. Millət vəkili şəhərdə aparılan böyük abadlıq-quruculuq işlərində ictimaiyyətin, partiya fəallarının rolunu xüsusilə vurğulayıb.

YAP Gəncə şəhər təşkilatı Qadılar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədi ilə YAP şəhər Təşkilatı tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Görüş maraqlı diskussiya şəraitində keçib, partiya fəallarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sonda ərazi ilk partiya təşkilatı Qadınlar Şurasının sədri, İdarə Heyətinin yeni tərkibi, həmçinin YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V konfransına nümayəndələr seçilib.



YAP Gəncə şəhər təşkilatı səhiyyə işçiləri ilə görüş keçirib



YAP Gəncə şəhər təşkilatı səhiyyə işçiləri ilə görüş keçirib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram