Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Separadi kəndində səyyar görüş keçirilib

4-09-2018, 16:19

Separadi kəndində səyyar görüş keçirilib













Dünən Lənkəran ŞİH başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun Separadi kəndində keçirib.

“Qafqazinfo” xəbər verir ki, icra aparatının məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər yerindəcə araşdırılıb. Müraciət edən sakinlər arzu və təkliflərini bildirməklə yanaşı həm də, xalqın rifah-halının yaxşılaşdırılması, sosial məsələlərin həlli istiqamətində dövlət tərəfindən davamlı olaraq həyata keçirilən tədbirləri ürəkdən bəyəndiklərini və Separadi kəndinin sosial-iqtisadi inkişafına göstərilən qayğıdan razılıqlarını ifadə ediblər. Sakinlər çıxışlarında ərazidə 2 müasir məktəbin, tibb məntəqəsinin tikilib istifadəyə verilməsini, magistral yolun asfaltlanmasını, elektrik enerjisinin fasiləsiz verilməsini, yaşayış evlərinin başdanbaşa qazlaşdırılmasını, aqrar sahədə uğurlu nəticələrin əldə olunmasını, 100 hektara yaxın sitrus bağının salınmasını və 200 nəfər kənd sakinin daimi işlə təmin olunmasını bu qayğının bəhrəsi kimi vurğulayıblar. İcra başçısı vətəndaşların təzə məhəllədə yeni transformatorun qoyulması, pay torpaqlarına gedən yolun bərpası, magistral yolda yol nişanlarının qoyulması və bəzi məişət qayğıları ilə bağlı fərdi xahişlərin vaxtda həllindən ötrü məsul şəxslərə müvafiq tapşırıqlar verib.


Separadi kəndində səyyar görüş keçirilib




Separadi kəndində səyyar görüş keçirilib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram