Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İcra başçısı sakinlərin şikayətlərini dinlədi

5-09-2018, 17:50

İcra başçısı sakinlərin şikayətlərini dinlədi













Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib

“Qafqazinfo” xəbər verir ki, bu gün Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Keşlə qəsəbəsi, D.Aslan küçəsi 1a, 6, 7, Yenikənd küçəsi 17 və Maarif küçəsi 7 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Sakinləri salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Prezident İlham Əliyevin tapşırığı ilə əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görüldüyünü, o cümlədən qəsəbədə 1 orta ümumtəhsil məktəbinin daxili imkanlar hesabına əsaslı təmir edilərək yeni tədris ilində istifadəyə veriləcəyini, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

İcra başçısı sakinlərin şikayətlərini dinlədi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram