sou
22.06.2018, 10:43
Rüfət Mehdiyevin qızı ərə getdi
Mərhum müğənni Rüfət Mehdiyevın qızı Zenfiranın toyu olub. “DogruXeber.az” xəbər verir ki, o, ötən gün Kamran adlı şəxslə ailə həyatı qurub.
Məclisdə Azərbaycanın tanınmış şou-biznes üzvləri də iştirak edib. Onlar sosial şəbəkədə toydan görüntülər paylaşaraq cütlüyü bir daha təbrik ediblər.
Xatırladaq ki, Rüfət Mehdiyev 2011-ci ildə beyninə qan sızaraq dünyasını dəyişib.