Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Başladığım elmi işi tamamlayıb, təhvil verəcəm” – Nazpəri

“Başladığım elmi işi tamamlayıb, təhvil verəcəm” – Nazpəri
22-07-2018, 16:39 382 dəfə baxılıb

“Başladığım elmi işi tamamlayıb, təhvil verəcəm” – Nazpəri









Xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru olması qalmaqalı ilə bağlı açıqlama verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, əvvəlcə bu fəxri adı alması haqda sənədin fotosunu sosial şəbəkədə paylaşan, daha sonra isə silən müğənni elmi işini hələ bitirmədiyini deyib.

Dostəliyeva haqqında yazılan fikirlərin onu gözü götürməyən həmkarlarının işi olduğunu bildirib:

“Son günlər sosial şəbəkələrdə kimlərinsə səyi və canfəşanlığı nəticəsində haqqımda xoş olmayan fikirlər yazılır. Əslində bu fikirlərin haradan qaynaqlandığını, kimlər tərəfindən ortaya atıldığını bilirəm. Ancaq hər şeyin öz zamanı var. Əminəm ki, haqqımda yazılan tamaşaçı, dinləyici yox, uğurlarımı gözü götürməyən, nailiyyətlərimdən xəstəlik tapan bəzi insanların və əlaltılarının fikirləridir. Xalqıma, millətimə heç vaxt yalan danışmadım, onların qarşısına layiq bilmədiyim libaslarda çıxmadım, hər bir tamaşaçını öz ailə üzvüm bildim. Bu gün də belədir. Atamın, qardaşlarımın qarşısında geyinməyi rəva bilmədiyim geyimlərimi tamaşaçıma da rəva bilmədim. Çünki məni bu yerə tamaşaçım gətirib. Bəzi paxıl, mənfur həmkarlarımın bu hücumları qarşısında da güman yerim məhz tamaşaçıdır. Onların mənə güvənməsi yetərlidir. Kimlərinsə narahartlıq keçirməsi, əngəllər yaratması məni yolumdan döndərə bilməyəcək. Başladığım elmi işi tamamlayıb təhvil verəcəyəm və ondan sonra Allah qismət etsə, daha bir xoş günümü, uğurumu tamaşaçılarımla paylaşacağam”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram