Ramiz Rzayevin göstərişi əsasında evimi əlimdən almaq istəyirlər – ''İdeal-İ" işaatdan İlham Əliyevə Şikayət













Xətai rayon Xocalı pr. 29, mənzil 741 ünvanında yaşayan Vəlizadə Anar Akif oğlu bildirib ki, O, “İdeal İ” inşaat şirkətinin inşa etdiyi Xocalı prospekti 29 ünvanında mənzil almaq istəyib. Bunun üçün şirkətin səlahiyyətli nümayəndəsinə 133.200 AZN məbləğində vəsait ödəyib. Vəlizadə Anar pulu ödədiyi şəxs hazırda həbsdə olan inşaatın direktoru Çingiz adlı şəxs olub.

Pul ödənildikdən sonra şirkət rəsmiləri ilə vətəndaş arasında müqavilə bağlanıb və ona maliyyə arayışı təqdim olunub. Daha sonra kommunal sayğaclara görə vətəndaşdan 1000 manat alınıb.

Sənədləşmədən bir müddət keçdikdən sonra MTK rəhbərliyi Vəlizadə Akifə bildirib ki, sahibi olduğu mənzili təcili təmir etməlidir, əks təqdirdə MTK ilə onun arasındakı müqavilə ləğv olunmalıdır. Bundan sonra qohumlarından küllü–miqdarda borc alan və mənzili təmir edən vətəndaş ciddi problemlə üzləşib. Mənzilin tikintisi zamanı ciddi qüsurların olması onu 200.000 manat xərcə salıb.

2016-cı ilin avqust ayının axırlarında vətəndaş ailəsi ilə birlikdə təmir etdirdiyi mənzilə köçüb. Lakin 2017-ci ilin iyul ayında Vəlizadə Anara Ali Məhkəmədən məktub gəlir. Məhkəməyə gedən vətəndaş şok hadisə ilə üzləşib. Məlum olub ki, Ali məhkəmədən öncə aşağı instansiya məhkəmələri onun iştirakı olmadan onun haqqında qaldırılmış iddiaya baxıblar. O da aydın olub ki, “İdeal İ” inşaat şirkəti ona satdığı mənzili müqavilə şərtləri ilə Musayev Etibar adlı vətəndaşada satmışdır. Və ilkin instansiya məhkəməsi mənzilin Musayev Etibar Ağa oğluna verilməsi barədə qərar çıxarıb. 2016-cı ilin aprel ayında çıxan qərar icra edilmədiyindən, bir il sonra “İdeal İ” inşaat şirkəti Xətai rayon məhkəməsinin qətnaməsindən Bakı apellyasiya məhkəməsinə məktub ünvanlamışdır. Bu prossesidə uduzan “İdeal İ” inşaat şirkəti məni xəbərdar etməmiş məhkəməyə təmir etməyim və onlarla etdiyim ödənişlə bağlı heç bir məlumat verməmişdir. Bundan sonra şikayət Ali Məhkəməyə ünvanlanmış və hakim Mehparə Əliyevanın sədrlik etdiyi məhkəmədə vətəndaş Anar Vəlizadənin kassasiya şikayəti təmin edilməmişdir. Bununla yanaşı evin alınması üçün ödənilən 133.200 manat Vəlizadə Anar Akif oğluna qaytarılmasına və mənzilin Musayev Etibar Ağa oğluna verilməsinə qərar verilmişdir. Təəssüflə qeyd edirəm ki, evin təmir üçün xərclədiyim 200.000 manat qətnamədə öz əksin tapmamışdır.

Azərbaycan Respublikası adından çıxan məhkəmə qətnaməsi bu günə qədər icra edilmir və vətəndaşa dəymiş maddi və mənəvi ziyan ödənilmir. Xatırladım ki, A.Vəlizadə Füzuli rayonundan məcburi köçkündür. Onun külli miqdarda borc hesabına əldə etdiyi mənzil qanunsuz olaraq əlindən alınır. BakuNews.Az-a müraciət edən vətəndaş saytımız vasitəsi ilə ölkə başçısı İlham Əliyev cənablarından və I-ci Vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyir.

Bizə daxil olan məlumatda bildirilir ki, Musayev Etibar Ağa oğlu Ali məhkəmənin sədri Ramiz Rzayevin yaxın qohumudur məhs bu fakt Vəlizadə Anarın evinin əlindən alınmasına səbəb olmaqdadır. A.Vəlizadə bildirir ki hakimlər məhs R.Rzayevin göstərişi əsasında məhkəmə qətnamələri mənim əleyhimə çıxarılıb. Ali Məhkəmənin sədri ilə yaxınlığı olan bir çox cinayət maddələri ilə ittiham edilən şəxsin xeyrinə qərar qəbul edilməsi isə məhs rəhbərliyin göstərişi olduğu vətəndaşa bildirilib. Vətəndaş qeyd edir ki, R.Rzayevin yaxını olan Musayev Etibar Ağa oğlu tandemində mənzilim əlimdən alınır. Vətəndaş A.Vəlizadəyə dəyən 333.200 manat zərərin kim tərəfindən ödəniləcəyi isə müəmma olub..

Məsələ ilə bağlı araşdırmamız davam edir, ətraflı məlumat verəcəyik.
Redaksiyadan: Yazıda adı çəkilən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq./BakuNews.Az


Ramiz Rzayevin göstərişi əsasında evimi əlimdən almaq istəyirlər – ''İdeal-İ" işaatdan İlham Əliyevə Şikayət


Ramiz Rzayevin göstərişi əsasında evimi əlimdən almaq istəyirlər – ''İdeal-İ" işaatdan İlham Əliyevə Şikayət

Son xəbərlər

Azərbaycanlı iqtisadçı: “Qarabağ ermənilərinə işıq, qaz, su verək, pensiya ayıraq!” - Mübahisəli TƏKLİF

Tanınmış vokal ifaçısının adından dələduzluq edilir

Serj Sarkisyan 100 milyon dollar uduzub – Məhkəmə işi

"Xəstə oğluma müalicə üçün möhlət verilmir" - Hərbi komissarlıqdan şikayət və "şikayətdən imtina"

İrana qırıcılarla hücum edildi – Sensasion iddia

“Ramiz Mehdiyevlə münasibətim olmayıb” - Tahir Kərimli TƏKZİB ETDİ

Mədəniyyət və Gənclər və İdman nazirliklərində yoxlama aparılacaq - AÇIQLAMA

Sabah dollar neçəyə olacaq?

ETSN-də nazirin sözü keçərli deyilmiş... - İDDİA

Əbu-Dabi hədəfə alındı: Husilər BƏƏ paytaxtına dronlarla hücum etdilər

“Bəy hamamı” cərimələndi

Əmlak bazarında qiymətlər tarix yazır: Hansı mənzilləri daha ucuz əldə etmək olar? - ŞƏRH

Kapoeyra komandamız Budapeştdə 14 medal qazandı - FOTO

İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında görüş olub - YENİLƏNİB + FOTO/VİDEO

Pay torpağı olan bəzi şəxslərə təqaüd veriləcək

Şəmkirdə qaçan gəlinin ATASI – “Qızımı yoldan çıxaran Valehi məhkəməyə verəcəyəm”

"İlham Namiq Kamalın fikirləri ilə tamamilə razıyam"

Dövlət Vergi Xidmətinin strukturunda dəyişikliklər olub - DETALLAR

'Hökumət mənim pensiyama qalıb?' - Astara sakinindən NARAZILIQ

Bakıda gecə 0-1° isti, gündüz 4-6° isti olacaq

Azad edilən ərazilərdə qoşunların fasiləsiz hərəkəti təmin edilir - VİDEO

İran nümayəndə heyəti Vyanadadır

Ərdoğan bu il ilk xarici səfərini Albaniyaya edib

20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb

Zaur Mikayılovun işçiləri DÖVLƏTƏ QARŞI... - ŞOK İTTİHAMLAR

Tum şirkətlərinin `QARABAĞ` SAVAŞI... - NARAZILIQ!

Saatlıda COVID-19 bağlı reyd keçirilib

Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşdı – SON VƏZİYYƏT

Baş həkim işdən çıxarıldı - FOTO

Ermənistanda koronavirusdan gəbərənlərin sayı 8 020-yə çatıb

Bütün xəbərlər