hadise
20.11.2018, 10:46
Maşın piyadanı vuraraq öldürdü
Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DogruXeber.az report-a istinadən xəbər verir ki, rayonun Çuxanlı kəndi ərazisində hələlik şəxsiyyəti məlum olmayan piyadanı avtomobil vurub.
Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan şəxs hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.