Ermənistanda baş nazir seçkiləri: Kremlin kimə güvənəcəyi dəqiqləşməyib













Ermənistanın baş naziri vəzifəsini icra edən Karen Karapetyan müxalifət lideri Nikol Paşinyanla danışıqlar aparmaqdan imtina edib. Paşinyan isə may ayının 1-də parlamentdə yenidən respublikaçı bir baş nazirin seçiləcəyi təqdirdə ölkədəki siyasi böhranın artacağını vurğulayıb və həmin gün tərəfdarlarını küçəyə tökəcəyini bildirib. Karen Karapetyan öz növbəsində N.Paşinyanı siyasi meydanı inhisarına almamağa və böhrandan çıxmaq üçün konkret proqram təklif etməyə çağırıb.

İrəvan mətbuat klubunun rəhbəri Boris Navasardyan Ermənistan mediasına verdiyi müsahibədə Karen Karapetyanın Serj Sərkisyanın səhvini təkrar etməyərək, görüşdən imtina etdiyini düşünür.

“Görüşə razı olmaq o demək idi ki, sən artıq Nikol Paşinyanın şərtlərini qəbul etməyə gedirsən”, – Navasardyan qeyd edib.

Qafqaz institutunun direktoru Aleksandr İsgəndəryan da Karen Karapetyanın müxalifət liderinin ona diktə edəcəyi qaydalarla oynamamaq üçün görüşə getmədiyni qeyd edib.

Erməni ekspertlər burada Moksvanın prosesə aktiv şəkildə müdaxil olduğunu və Karen Karapetyanın son addımlarını da ona görə müəyyənləşdirdiyini qeyd edirlər.

“Karen Karapetyan həm yerli siyasi elitanın, həm də xarici güclərin, hər şeydən öncə isə Moskvanın dəstəyini qazanmağa çalışır”, – Boris Navasardyan bildirib.

Erməni politoloqun rəyinə görə, xarici dəstək, xüsusilə də Moskvanın mövqeyi bir çoxlarının fikrinə ciddi təsir göstərə bilər.

“Karen Karapetyana ən çox Kremlə yaxın erməni lobbiçi strukturlar dəstək verir. Məsələn, Samvel Karapetyan (rusiyalı milyarder, “Taşir” firmasının sahibi) özünün biznesinin saxlanmasında maraqldıır. O, qorxur ki, onun bütün işi Qərbyönümlü erməni diasporundan birinin əlinə keçə bilər. Bundan başqa Moskva da birbaşa və ya dolayısı ilə Karen Karapetyanın seçilməsində maraqlı görünür. Çünki Nikol Paşinyan açıq şəkildə anti-Rusiya görüşlərini dilə gətirməsə də, Rusiya üçün gələcəkdə nə edəcəyi bəlli olmayan, müəmmalı siyasətçidir. Moskva öz nəzarəti altında olmayan birisinin Ermənistanı “Rusiyanın peyki” statusundan çıxaracağından qorxur,” – politoloq Armen Badalyan bildirir.


Aleksandr İsgəndəryan isə Kremlin hələlik indiki məqamda konkret şəxsə “stavka” etmədiyi düşüncəsindədir. Onun fikrincə, Moskva prosesin nəticəsini gözləyərək, qaliblə işləməyə üstünlük verəcək.

A.İsgəndəryan Kremlin bu vaxta qədər Karen Karapetyana açıq dəstək vermədiyini iddia edir: “Moskva hadisələrə tələsik qiymət verməkdən qaçır. Ona qalsa, Karen Karapetyanın “Qazprom” xəttindən gəlməsinə rəğmən Serj Sərkisyan Rusiya prezidenti və digər iri rusiyalı məmurlar üçün daha əlçatan və idarə edilən şəxs sayılırdı”.

A.İsgəndəryan Nikol Paşinyanın Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqı kimi təşkilatlardan çıxmayacağı barədə bəyanatları Kremli sakitləşdirmək üçün söylədyini bildirir.



O, Rusiya və Ermənistan arasındakı münasibətlərin Qarabağ münaqişəsi, Türkiyənin Azərbaycana verdiyi tam dəstək, Türkiyənin NATO üzvlüyü, Ermənistanın İran və Gürcüstanla qonşuluğu, Ermənistanın qapalı ərazi olması və dənizə çıxışdan məhrum qalması kimi ciddi geopolitik faktorlarla bağlı olduğunu sözlərinə əlavə edib.

“Ermənistanın istənilən rəhbəri hakimiyyətə gəlməzdən əvvəl nə söylədiyindən asılı olmayaraq, eyni siyasəti yürütməyə məhkumdur. Ermənistanda şəxsi keyfiyyətinə, peşəkar mənşəyinə, söykəndiyi ideologiyaya, populyarlıq dərəcəsinə görə 3 müxtəlif prezidenti olub. Lakin onların heç birisinin xarici siyasi prioritetləri dəyişməyib”, – İsgəndəryan vurğulayıb. (Musavat.com)



Ermənistanda baş nazir seçkiləri: Kremlin kimə güvənəcəyi dəqiqləşməyib



Ermənistanda baş nazir seçkiləri: Kremlin kimə güvənəcəyi dəqiqləşməyib


Ermənistanda baş nazir seçkiləri: Kremlin kimə güvənəcəyi dəqiqləşməyib


Oxunub: 675

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

"İstifadə etdiyimiz qazın bir hissəsi Azərbaycanındır" - Simonyan

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

Bu şəhərdə pizza və dondurma yemək qadağan olunacaq

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Sümbülə Əliyeva dövlətdən ayrılan 201 min manat vəkil haqqını mənimsəyib

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Cəmi 150 dəqiqədə sintetik almazlar yaratmaq olacaq

Ayaq üstə işləmək faydalıdır?

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia

AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Azərbaycanda balıq ovu qadağan edilir

İsveç Avropada ən pis müharibə ssenarisinə hazırlaşır - "Bloomberg"

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər

Bütün xəbərlər