sou
7.08.2018, 08:43
İnfeksiyaya yoluxan Pink xəstəxanaya yerləşdirildi
Amerikalı müğənni Pink Sidneydə yenidən xəstəxanaya yerləşdirilib.
“DogruXeber.az” xarici mediaya istinadən xəbər verir ki, ifaçı virusa yoluxub. “Beautiful Trauma” adlı dünya turnesinə çıxan Pinkin Sidneydəki konserti bu səbəbdən təxirə düşüb. Avqustun 5-də xəstəxanaya yerləşdirilən Pink 6-da evə buraxılsa da, elə həmin gecə yenidən mədə infeksiyası diaqnozu ilə həkim nəzarətinə götürülüb.
Təxirə salınmış konsertin növbəti tarixlərə təyin olunacağı gözlənilir.