dunya
5.09.2018, 14:30
Çində iki sərnişin təyyarəsi toqquşub
Çində sərnişin təyyarəsi qəzaya uğrayıb.
“DogruXeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, Nankin şəhərinin “Lukou” hava limanında yerli uçuş həyata keçirən təyyarələr toqquşub. Belə ki, eniş etməyə hazırlaşan Airbus A320 xəttə hərəkətsiz dayanan digər hava nəqliyyatına çırpılıb. Qəza zamanı sərnişinlər heç bir xəsarət almayıb, təyyarələrin burun hissəsi ciddi zədələnib.