Bakıda yeni metro harda olacaq?













Paytaxtın Ceyhun Səlimov küçəsində tikilməkdə olan Bənövşəyi xəttin 3-cü stansiyasında (B3) yeni və fərqli texnologiyalar tətbiq ediləcək.

DogruXeber.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, stansiya istismara veriləndən sonra qatarların hərəkətində əsaslı dəyişiklik olacaq: "İlk növbədə, stansiya istismara veriləndən sonra qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olacaq. Hazırda xətdə qatarlar iki stansiya – "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında hərəkət edir. Ümumi kompleksinin uzunluğu təqribən 370 metr olan 3-cü stansiyadan sonrakı sahədə 193.91 metr uzunluğunda dönmə kamerası inşa olunur. Bu isə stansiya istismara veriləndə qatarların dövrə vuraraq hərəkətini təmin edəcək".

Qurum rəsmisi bildirib ki, hazırda stansiya kompleksinin inşaatında dəmir-beton konstruksiya işləri başa çatdırılıb: "Kommunikasiya xətləri, kabel kollektorları, stansiya avadanlıqlarının yerləri üzlükçülərin ixtiyarına verilib. Stansiyanın yol divarında və döşəmədə üzlük işlərinin aparılması üçün imkan yaradılıb. Divar səthinə keramoqranitin, döşəməyə isə qranitin düzülməsinə başlanılıb. Bundan sonrakı mərhələdə isə quraşdırma işləri başlanacaq".

O əlavə edib ki, stansiyanın uzunluğu 166.98 metr olacaq: "Xəttin digər iki stansiyası kimi B3 də 7 vaqonluq qatarlar üçün nəzərdə tutulub".

B.Məmmədov bildirib ki, stansiyada 2 su anbarının və nasosxanaların, həmçinin havalandırma şaxtasının tikintisi yekunlaşmaq üzrədir: "Daxili havalandırma sisteminin də əsas işləri 40 faiz yerinə yetirilib. Stansiya 3 səviyyədən ibarət olacaq. Fiziki imkanları məhdud sərnişinlər üçün burada da liftlər quraşdırılacaq. Bundan əlavə, 17 eskalator da sərnişinlərin stansiyaya enib-qalxmasına xidmət edəcək. Perspektiv planda nəzərdə tutulmuş Mavi xəttin stansiyasına keçid də indidən nəzərdə tutulur".

Metropoliten rəsmisi deyib ki, "Memar Əcəmi" stansiyasını "B-03" stansiyası ilə birləşdirən tunellərdə Bakı Metropoliteni tarixində ilk dəfə məhz bu mənzildə beton yarımşpal quraşdırılacaq:

"Həmin beton yarımşpallar "Bakı Metropoliteni" QSC-nin özündə istehsal olunur və bu şpalların ağac şpalla müqayisədə üstünlüyü çoxdur: ömrü daha uzundur, qulluğu daha asandır, keyfiyyətcə yerli geoloji şəraitə daha uyğundur və s. Hazırda yolların 1300 metrdən artıq hissəsi qoyulub. Qeyd edək ki, yol mənzilinin uzunluğu bir tuneldə 1259 m, digərində 1281 metrdir".

Tikintinin 2019-cu ilin sonuna və yaxud 2020-ci ilin əvvəlinə başa çatdırılması gözlənilir.


Oxunub: 634

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Sabah hava necə olacaq?

Alimlər müasir Yerlə qədim Mars arasında yeni oxşarlıqlar tapdı

BMW öz avtomobillərinin adını dəyişəcək

Daha iki rəis müavini işdən çıxarıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İdmanda doğru bildiyimiz yanlışlar

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Qəzzadakı dağıntılar Ukraynadakıdan çoxdur

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Braziliyada daşqın insan tələfatına səbəb olub

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Bu günə olan valyuta məzənnələri

Ermənistanda polis sərhədin delimitasiyasına etiraz edənləri saxladı

Bütün xəbərlər